Kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır

22:48 15.03.2020 962
Kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır


Kənd yaşayış məntəqələrində mərkəzi istilik sistemi olmadığından soyuq aylarda evlər fərdi qaydada, daha çox sobalar vasitəsilə qızdırılır və bu amil qış fəslində baş verən yanğınların sayının artmasında öz təsirini göstərir. Bunun da əsas səbəbi evlər qızdırılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi, bəzi vətəndaşların səhlənkarlığı, həyətyanı sahədə işləyərkən sobaları yanılı-saatlarla nəzarətsiz vəziyyətdə qoyması, həmçinin həmin müddətdə evdə nəzarətsiz qalan uşaqların odla dəcəllik etməsi olur.
Səhlənkarlıq bəzən çox böyük faciəyə səbəb olur. Kəndlinin illərlə alın təri ilə qurduğu ev və əşyaları qısa müddət ərzində yanıb külə dönür. Ailə qışın oğlan çağında küçədə qalır, əmlakını itirir. Bəzən isə yaşlı insanlar, kiçik yaşlı uşaqlar yanğından xilas edilə bilmir, həlak olurlar. Yaxud da suqızdırıcı cihazın hamam otağında qoyulması, təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla quraşdırılması və istismar edilməsi üzündən yaranan dəm qazı can alır, ailə faciəsi yaşanır.
Yaz, yay ayları kəndlərdə işin gərgin dövrü olur. Bu dövrdə kəndli taxıl, ot yığır, meyvə-tərəvəz məhsullarını toplayır. Tonlarla məhsulu maşına yükləyib həyətə gətirməyin, onu harasa yığmağın, yerbəyer etməyin, yaxud satmağın öz çətinlikləri, əziyyəti var. Təəssüf ki, kənd zəhmətkeşlərinin bəziləri belə əzab-əziyyətlə topladıqları məhsulun hara yığılması, qorunub saxlanılması barədə ciddi düşünmür, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının məhsulun yanğından qorunması barədə tövsiyələrinə məhəl qoymurlar. Xidmətin inspektorlarının tələblərinə baxmayaraq onlar çox vaxt məhsulu, xüsusən də otu yağış isladıb çürütməsin deyə mal tövləsinin, yaxud evin çardağına, üstündən elektrik xətti keçən əl damına yığıb saxlamağa çalışırlar. Ancaq onlar otu evin çardağına, tövlənin üstünə yığanda sobanın tüstü borusundan çıxan ani qığılcımdan, elektrik xəttində baş verən qısaqapanmadan yanğın törənəcəyi barədə düşünmürlər. Bununla yanaşı, mal tövlələrinin əsasən kənddaxili avtomobil yollarının kənarında inşa edilməsinə üstünlüyün verildiyini və bu tikililərin üzərinə otların yığılmasını nəzərə alsaq, yol keçən şəxs tərəfindən atılmış və küləyin nəticəsində otun üzərinə söndürülməmiş siqaret kötüyünün düşməsi də yanğının baş vermə ehtimalını artırır.
Ümumiyyətlə, tikililərin çardaq hissəsinə yanar materialların, bu halda isə açıq və ya kipləşdirilmiş şəkildə otların yığılması yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olmaqla yanaşı, həmdə real təhlükədir.
Tikintisi zamanı kənd yaşayış evləri ilə mal tövlələrinin yanğına qarşı ara məsafələrinə riayət olunmalıdır.
Təbii ki, bəzən, xüsusən də qışda kənddə işıqlar sönə bilər. Bu zaman kimsə tövləyə, əl damına baş çəkərkən oranı işıqlandırmaq məqsədilə kibritdən, çıraqdan istifadə etmək istəyir. Unudur ki, kibritdən çıxan ani qığılcımdan, bəzən də çırağın özündən də yanğın törənir.
Kənd yaşayış məntəqələrində şəhərdən fərqli olaraq yanğınla mübarizə işinin təşkili öz xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, baş vermiş yanğının söndürülməsi üçün əlavə köməyə ehtiyac yarandıqda, şəhər yerində bu məsələ qısa müddətdə öz həllini tapdığı halda, kənd yaşayış məntəqələrində isə qonşu rayonlara müraciət etmək zərurəti yaranır. Məsafəni və bəzən çətin keçilən dağ yollarını nəzərə alsaq, təhlükənin miqyası böyüyə bilər. Ona görə də kənd təsərrüfatında çalışan hər bir təsərrüfatçı Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilən tövsiyələri icra etməli, öz əmlakı ilə yanaşı başqalarının da zəhmətinin hədər getməsinə yol verməməlidir.
Həyətlərdə və heyvandarlıq komplekslərində ot, küləş tayaları evlərdən və digər tikililərdən aralıda qurulmalı, ara məsafələri gözlənilməli, eyni zamanda hər tayanın arası şumlanmalıdır ki, bir tayada yanğın baş verdikdə digərinə keçmə ehtimalı azalsın.

FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:45

PEŞƏNİN İŞIĞINDA YANAN ÖMÜR...

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?