Türkiyə NATO-dan çıxarılır və... - Trampın son sözləri ilə HÜCUMA KEÇDİLƏR

13:51 19.07.2019 1 054
Türkiyə NATO-dan çıxarılır və... - Trampın son sözləri ilə HÜCUMA KEÇDİLƏR

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmaq üçün düyməni basmasının ardınca prezident Donald Tramp üzərində təzyiq artır.

Publika.az xəbər verir ki, respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları tətbiq etməyə çağırıblar.

Məlumata görə, Florida ştatından olan senator Risk Skott və İndiana ştatından olan Todd Youngin Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə turan qanun layihəsini Senata təqdim ediblər. Qanun layihəsində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ABŞ-ın təhlükəsizlik maraqlarına “birbaşa və dəhşətli bir təhdid” olaraq xarakterizə edilir.

Qanunvericilər Tramp administrasiyanı "Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə" (CAATSA) qanunu çərçivəsində sanksiyaları tam tətbiq etməyə çağırıblar. Həmçinin Rusiyanın ABŞ-a təşkil etdiyi təhdidin müzakirə edilməsi və Türkiyənin NATO-ya üzvlüyü üzərində düşünülməsi üçün NATO-nun toplantının keçirilməsi çağırışı qanun layihəsində yer alıb.

Bundan başqa, Senat Xarici Əlaqələr Komitəsinin demokrat üzvlərindən Bob Menendez Türkiyənin F-35 proqramından çıxarılmasının kifayət etmədiyini bildirib. Senator prezident Trampın CAATSA çərçivəsində Türkiyəyə sanksiyalar tətbiq etməyəcəyi halda Senata Vaşinqton rəhbərliyini buna məcbur edən qanun layihəsi təqdim edəcəyini söyləyib.

Qeyd edək ki, CAATSA ABŞ prezidentindən 12 sanksiyadan beşini seçməyi tələb edir. Bunlara vizaların məhdudlaşdırılması, ABŞ-da yerləşən İxrac-İdxal Bankına girişin qadağan edilməsi, ABŞ maliyyə sistemi ilə əməliyyatların qadağan edilməsi və ixracat lisenziyalarının ləğvi kimi sanksiyalar daxildir.

Lakin bu qanunda sanksiyaların tətbiqi üçün konkret cədvəl nəzərdə tutulmur. Yəni, Tramp bu sanksiyaların müddətini gecikdirə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı ötən gün iki fərqli açıqlama verib. O, ilk açıqlamasında sanksiyaların tətbiqini düşünmədiyini deyib. İkinci açıqlamasında isə Türkiyə mövzusunda Barak Obama administrasiyasının səhv etdiyini vurğulayan Ağ Evin başçısı “Çox çətin bir vəziyyətdir. İndi nə edə biləcəyimizə baxırıq. Hələ qərarımızı elan etmədik” söyləyib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:31

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Ağdaş Rayon Mədəniyyət Mərkəzinin direktoru Zəfər Hacıyev KİMDİR...

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi