Məmur özbaşınalığından “reketə” gedən yol...

14:01 22.02.2017 1 596
Məmur özbaşınalığından “reketə” gedən yol...
Diqqətinizə təqdim edilən bu yazının ideyası telekanallardan birində efirə gedən verilişə baxarkən yarandı. Daha doğrusu, verilişin mövzusunu kiçik bir yazıda davam etdirib, sizlərin də fikrinizi öyrənməyi düşündük.
Beləliklə, verilişdə son bir neçə ildə cəmiyyətimizdə aktual olan "reket" jurnalistika mövzusu müzakirə olunurdu. Müzakirə edənlər arasında isə cəmiyyətdə kifayət qədər tanınmış, hörmət qazanmış ziyalı qonaqlar idi. Müzakirə əsnasında müasir jurnalistikanın vəziyyəti, bu sahəyə təsadüfən gələnlər, həmçinin bəzi jurnalistlərin hətta ali təhsilinin olmadığı qeyd edildi. Həmçinin bəzi jurnalistlərin bu peşəni hörmətdən salan müəyyən davranışlara yol verdikləri də nəzərə çatdırıldı. Bəli, göz qabağında olan müəyyən halları heç kim inkar edə bilməz.
Düzdür, bir qrup jurnalistlərin qeyd olunan davranışlara yol verdikləri, bəzilərinin hətta ali təhsilinin olmaması faktdır. Lakin eyni zamanda onu da qeyd etməliyik ki, jurnalist peşəsində ali təhsildən daha çox qabiliyyət tələb olunur. Qeyd edə bilərik ki, jurnalistika təhsili barədə diplomu olub, ən sadə bir inşa yazmağı bacarmayanlara rast gəlmək tam mümkündür.
Verilişdə eyni zamanda peşə etkasından və Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərindən də söz açıldı. Qeyd etməliyik ki, "reket" jurnalistlərin bəzən hətta təhqirə yol verdikləri qeyd edildi və onların bu kimi hərəkətləri və özlərinin ünvanına efirdə - yaramaz - kimi ifadə söylənildi. Maraqlı məqam odur ki, efirdə ziyalı, cəmiyyətdə kifayət qədər tanınmış şəxslərin belə ifadənin işlətmələri peşə etikasına nə dərəcədə uyğundur?
Qeyd olunan məqamlar müzakirənizə təqdim etmək istədiklərimizin bir hissəsidir. Əsas məqsədimiz isə "reket" jurnalist adlandırılanların belə adlandırılmasına gətirib çıxaran səbəblərdir. Gəlin nəticəni yox, nəticəyə gətirib çıcaran səbəblərə nəzər salaq, bu səbəblərin aradan qaldırılmasına çalışaq. Müzakirədən belə başa düşmək olar ki, qeyd olunan adı "qazanmış" jurnalistlər məmurlardan müəyyən yollarla pul almaqla məşğuldurlar. Yaxşı, bəs məmur niyə onlara pul verir? Buna səbəb nədir? Maraqlı olan əslində bu məqamdır. Jurnalistə pul verməklə məmur nəyə nail olur? Bəlkə ictimailəşməyini istəmədiyi hansısa məlumatların ört-basdır olunmasını istəyir? Bəs o məlumatların mövzusu nədir? Məmurun qorxusu nəyə görədir? Bəlkə o çox sayda qanun pozuntusuna yol verib və jurnalist bu məqamlar barədə münasibət bildirilməsini istəyir? Məmur da yol verdiyi qanun pozuntularının ictimailəşməməsinin əvəzində jurnalistə elə məmurların dili ilə desək, "şirinlik" təklif edir. Bu da günün reallığıdır. Dövlət orqanlarında, idarə və təşkilatlarında vətəndaşların hər addımda rüşvət amili ilə rastlaşdığı heç kimə sir deyil. Əslində, bu idarə və təşkilatlarda rüşvət amilinin olmasının ictimailəşməyə ehtiyacı da yoxdur. Çünki rüşvət elə Azərbaycan Respublikasının vətəndaşlarından alınır və cəmiyyətin bundan xəbəri var. Vətəndaşlar rüşvəti artıq günün norması olaraq qəbul ediblər. Bəs onda məmurun jurnalistə “şirinlik” təklif etməsi nəyə gərəkdir?
Deyəsən suallar çox oldu. Bu suallarla kimlərinsə tərəfində çıxış etmək, kimlərəsə haqq qazandırmaq fikrimiz yoxdur. Sadəcə, artıq qeyd etdiyimiz kimi, nəticənin yox, nəticələrə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını istərdik.
Cəmiyyətdə məmurlarla, dövlət strukturlarında vətəndaşın hər hansı bir probleminin həll olunması, hər hansı bir sənədləşmənin həyata keçirilməsi ilə əlaqədar sorğu keçirsək, böyük əksəriyyət bu prosesin rüşvətlə həyata keçirildiyini deyəcək. Bu, isbata ehtiyacı olmayan bir həqiqətdir. Belə bir fikir yaranır ki, məmurun belə davranışı tam qanunidir. Bəlkə "reket jurnalist" anlayışı kimi "reket məmur" anlayışını da leksikonumuza daxil edək və efirdə müzakirəyə çıxaraq? Zənnimizcə, bu, daha ədalətli olardı. Konkret vəzifəli (mövqeyindən asılı olmayaraq) şəxslərin yol verdiyi qanun pozuntularını əsaslı sübutlarla müzakirəyə çıxarmaq nə dərəcədə mümkün olar? Məmurların çox arxayınlıqla rüşvət almalarına əsas verən nədir? Onlar nəyə arxayındırlar? Maraq doğuran digər məqam məhz budur.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Qanunvericiliyində vəzifəli şəxslərin rüşvət alması da qadağan olunur və buna görə kifayət qədər ciddi cəzalar nəzərdə tutulur. Qanunun öz yerini tam tutmasını istəyiriksə, məmurların mülkiyyətində olanlara nəzər salaq və onların rəsmi gəlirləri ilə müqayisə edək. Əslində bu müvafiq dövlət orqanlarının səlahiyyətində olan məsələdir.
Nəzərinizə çatdıraq ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycanı parlayan günəşə çevirən möhtərəm Prezident İlham Əliyev cənabları ölkədə məmurların yol verdiyi qanun pozuntularına və özbaşınalıqlara dəfələrlə sərt münasibət bildirmiş, onları bu cür hərəkətlərə son qoymağa çağırmışdır. Ancaq belə görünür ki, yerlərdə məmurlar bu çağırışlara məhəl qoymurlar, öz əməllərini daha həvəslə davam etdirirlər.
Məmurların rəsmi gəlirlərinə nəzər salsaq, onların faktiki sahib olduqları mülkiyyətə əslində bu rəsmi gəlirlə 5 ömür ərzində belə sahib ola bilməyəcəklərini görə bilərik. Bəs necə olur ki, qısa zaman ərzində vəzifədə olan məmurumuz bahalı nələrəsə sahib olur? Bəlkə "şirinlik" almaq fəaliyyəti ilə məşğuldur? Qanuni şəkildə. Yəni, sadəcə olaraq "şirinlik" alır. Ancaq yol verdiyi qanun pozuntularının ictimailəşməyini istəmir. Axı yuxarıdakılar onu tənbeh edərlər. Yuxarı mərrəbədə oturanlar yox, vəzifəcə yuxarıdakılar.
Sonda üzümüzü vətəndaşlara tutaraq bir xahiş etmək istərdik – Rastlaşdığınız, şəxsən sizdən rüşvət alınma halları barədə saytımızın Əlaqə bölməsindən bizə yazın. Hər hansı bir arayışı almaq, sizə məxsus torpaq sahəsində ev tikilməsina icazə sənədlərinin alınması, övladınızın orta məktəbə getməsi, yaxud alı təhsil ocaqlarında imtahandan qiymət alması, dövlət balansında olan tibb müəssisələrinə hər hansı bir məsələ ilə müraciət zamanı rastlaşdığınız rüşvət halları barədə yazın.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi