UEFA İntizam Komitəsi "Beşiktaş"ı cəzalandırıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Dinamo" (Kiyev) ilə matçda "qara qartallar"ın azarkeşləri məşəl yandırdıqları üçün klub 60 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Dinamo" - "Beşiktaş" görüşü Ukrayna klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.