Moskvada baş verən qasırğa nəticəsində xəsarət alanların sayı 137 nəfərə çatıb.
Bu barədə paytaxtın fövqəladə hallar xidmətindən bildirilib.
"Hazırda 137 nəfər tibbi yardıma ehtiyac duyub. Bu, son rəqəm deyil", - deyə mənbə qeyd edib.
Qasırğa nəticəsində 11 nəfər ölüb.
***
Moskvada qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Bu barədə paytaxtın səhiyyə departamenti məlumat yayıb.
***
Rusiyanın paytaxtı Moskvada baş verən təbii fəlakət nəticəsində ölən və yaralananlar var.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, qasırğanın fəsadları ağır olub. İlkin məlumata görə, 6 nəfər ölüb. Ölənlərin bəzilərinin üzərinə ağac düşüb.
Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı da bildirilir.