Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya

11:22 23.09.2022 1 302
Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya

Ekspert: “20 Yanvar şəhidlərinin matəm mərasimində, Xocalı soyqırımı zamanı Ağdamda yas tutan analar ”Şah Hüseyn, vah Hüseyn" deyib sinə vururdular"

Sərhəd gərginliyi zamanı şəhid olanların dəfnləri zamanı bir qrup dini şüarlar səsləndiriblər. Bu isə cəmiyyətdə narahatlıqla qarşılanıb. İddialar bundan ibarətdir ki, həmin adamlar qətiyyən səmimi dindarlar deyil, sadəcə? din adı altında fürsət düşən kimi İran təbliğatı aparan şəbəkə üzvləridir. Ancaq onların heç də hamısının şəbəkə adamları olmadıqları, sadəcə? cahillikdən, bilməzlikdən prosesə qoşulduqları da deyilir. Vəziyyət o həddə çatdı ki, hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməli oldu.

Bundan sonra isə ictimaiyyət sanki bu məsələ ilə bağlı iki qütbə bölündü. Bəzi şəxslər dini dəyərləri aşağılamağa başladı. Şiə məzhəbinin rəğbət bəslədiyi şəxslərin təhqir olunması isə inanclı şəxslər tərəfindən qıcıqla qarşılandı.

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələ əsl mahiyyətindən kənara çıxaraq inancın təftiş edilməsinə, hətta milli təhlükəsizlik məsələsinə qədər aparıldı: “Əlbəttə, yanlış yanaşmadır. Əvvəlcə bu cür yas tutulması mövzusundan başlayaq. İnsanlar dinindən, irqindən asılı olmayaraq adətən hər hansı sosial, məişət hadisəsi zamanı meyar - ölçülər müəyyən edirlər. Yəni tutalım ki, Azərbaycanda qəhrəmanlıq göstərən biri haqqında Babək, Koroğlu, Şah İsmayıl Xətai, Qaçaq Nəbi kimi epitetlər deyilir. Yəni bu şəxslər Azərbaycan xalqının qəhrəmanlıq etalonudur və meyar kimi qəbul olunur. Yaxud da elm adamları, incəsənət nümayəndələri üçün bu cür onlarla, yüzlərlə meyar şəxslər var. Eyni meyar birbaşa dini mövzulara da aiddir. İgidliyin, sədaqətin nümunəsi Həzrət Əbəlfəzl Abbas hesab olunur. Sona qədər qardaşının yanında olub, canını onun yolunda qurban verib. Yaxud müdrikliyin, elmin nümunəsi Həzrət Əli (ə) qəbul olunub. O cümlədən şəhadətin meyarı, ölçüsü Həzrət Hüseyndir (ə). Yəni İslam dinində Həzrət Həmzə, Cəfər Təyyar və İmam Hüseyn (ə) şəhadət simvollarıdır. Əlbəttə, İslam tarixində şəhid edilən çoxlu sayda böyük şəxsiyyətlər, müqəddəslər var. Amma bu sadaladığım şəxslər seçilir. Ələlxüsus da Həzrət Hüseyn (ə), İmam Hüseyn (ə) fədakarlığın, əqidə yolunda dönməzliyin və hər şeyini, o cümlədən canını qurban vermənin ən möhtəşəm nümunəsidir. Bunu İslamdan anlayışı olan hər kəs etiraf edir. Tarixən də şiələr arasında İmam Hüseynə (ə) matəm və onu yad etmək xüsusi rituala çevrilib və bu gün də davam edir. Bu səbəbdən də şiələr arasında dünyadan köçənlər, xüsusən də şəhid olanlar üçün matəm məclislərində İmam Hüseynin (ə) yad edilməsi bir ənənəyə çevrilib. Bu, şəriət hökmü və ya dini fərz deyil, ənənədir. Bunun İranla əlaqələndirilməsi də absurddur”.

Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya

Ekspert əlavə edib ki, Azərbaycanda Bibiheybət, yəni 8-ci İmam Rzanın (ə) bacısı Həzrət Həkimənin, həmçinin 5-ci imamın övladları Həzrət İbrahim və İsmayılın məzarlarının olması göstərir ki, şiə - Əhli Beyt inancı burada yeni deyil, qədimdən mövcud olub: “Hətta sovet dövründə belə bu ənənə yaşayıb. Məsələn, kadrlarda var, 20 Yanvar şəhidlərinin matəm mərasimində, Xocalı soyqırımı zamanı Ağdamda yas tutan analar "Şah Hüseyn, vah Hüseyn" deyib sinələrinə vururdular. O zaman nə İran təbliğatı vardı, nə də dindarlıq tam azad deyildi. Yəni bu, Azərbaycan xalqının artıq ənənəsinə çevrilmiş adətdir. Bunu hansısa xarici ölkənin missioner və ya kəşfiyyat fəaliyyətinə bağlamaq xalqa təhqirdir. Konkret faktın üzərinə gəlsək, əlbəttə, din və adətlər ifratı rədd edir. Matəm də milli-dini ənənələrə əsaslanmalıdır. Digər tərəfdən, əgər ailəsi etiraz edərsə, orada əza məclisi qurmaq doğru olmaz. Daha yaxşı olar ki, bu cür hallarda şəhidin ailəsinin fikri nəzərə alınsın. Əgər etiraz edirsə, kimsə orada zorla əza məclisi etməməlidir. Amma bütün bunlar detallardır, hansısa bir dəfn mərasimində kimin və ya kimlərinsə ifrat hərəkətləri olubsa, bunu bütünlüklə bir məzhəbin - inancın adına bağlamaq, ümumiyyətlə, bu mərasimləri inkar etmək doğru deyil. Azərbaycan tarix boyu fərqli inancların yanaşı yaşadığı ölkə olub. İndi də fərqli inanclara dini görüşlər əsasında deyil, qarşılıqlı hörmət və dözümlülüklə yanaşmaq lazımdır. Unutmaq olmaz ki, hər xalqın özünəməxsus adət və ənənələri var. Hətta bu gün Okeaniyanın kiçik xalqlarının ənənələri yaşadılır və hörmət görürsə, bizim min illik ənənələrimizi rədd etmək və bunu kütləvi kampaniyaya çevirmək ölkədə dini sabitliyə zərbədir. Dediyim kimi, bütün inancların ardıcılları arasında ifratçılığa meylli qruplar var, amma bu cür ifratçılıq heç yerdə bütünlükdə o inancın və ya cərəyanın inkarına səbəb olmur. Yalnız Azərbaycanda buna cəhdlərə rast gəlirik".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?