“Atəşkəsi pozan, hücum edən Ermənistandır. Dağlıq Qarabağın işğalı məsələsi həll edilməyib. Türkiyənin də üzvü olduğu ATƏT-in Minsk qrupu ədalətli təmin etməyib”.
azerinform.az xəbər verir ki, bu barədə Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
D.Baxçalı qeyd edib ki, artıq zaman daralır, səbir tükənir: “Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin qəlbi Dağlıq Qarabağda döyünür. 25 il önsə Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Qardaş Azərbaycana başsağlığı verirəm”.