Pakistan, Türkiyənin Aralıq dənizində həyata keçirəcəyi “Aralıq dənizi qalxanı hərəkatı”na qatılmağa razılıq verən ilk ölkə olub.
Redaktor.azTürkiyə mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında rəsmi razılıq əldə olunub.
Qeyd edək ki, 2006-cı ildən təşkil olunan hərəkat Aralıq dənizində sabitliyin qorunması məqsədini daşıyır. Pakistanın qatılmasıyla hərəkat rəsmən beynəlxalq xarakter alacaq.
Türkiyə mənbələri yazır ki, Ankara hərəkata Azərbaycan, Albaniya, Əlcəzair, Gürcüstan, Liviya, Livan, Tunis və İordaniyanın qatılması üçün danışıqları davam etdirir. Bu ölkələrin də razılıq verəcəyi gözlənilir.
Bia.az