Xəstələr «Əhmədli» Klinikasındakı qiymət bahalığından fəryad edir

16:11 16.12.2018 1 328
Xəstələr «Əhmədli» Klinikasındakı qiymət bahalığından fəryad edir

Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində həkimlər dərman firmaları ilə əlbir işləyir Əmisi oğlu Fərid Şıxəliyev baş həkimi nədən bıçaqlamışdı? Nədənsə son zamanlar bir sıra özəl tibb müəssisələrində pasiyentlərə göstərilən tibbi xidmətin qarşılığında tələb olunan ödənişlərdə ciddi artım müşahidə olunur. Misal kimi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanında yerləşən, Alim Həmzə oğlu Şıxəliyevin baş həkimi olduğu «Əhmədli» Tibb Mərkəzini göstərmək olar. Beləliklə, baş həkimin ixtisasca kardioloq, terapevt olduğunu qeyd edən məlumatlı şəxsin bölüşdüyü informasiyada deyilir ki, Azərbaycan Tibb Universiteti və Moskva Tibb İnstitutunda təhsil alan Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində xəstələrə ödədikləri pulun qarşılığında normal tibbi xidmət göstərilmir.

Hazırda «Əhmədli» Klinikasında terapiya, kardiologiya, nevralogiya, endokrinologiya, dermatologiya, stomatologiya, pediatriya, ozonoterapiya, fizioterapiya, refleksoterapiya, USM, damar doppleri, EXOKQ, EKQ, xolter monitor, laboratoriya: biokimya, kliniki analizlər, PCR analizləri, hormonlar və infeksiyalar üzrə xidmət göstərildiyini deyən mənbə bildirir ki, vətəndaşlar buradakı qiymətlərin bahalığından fəryad edirlər: «Deyilənlərə görə, «Əhmədli» Klinikasında tariflər müayinələr zamanı istifadə olunan materialların qiymətinə əsasən müəyyənləşdirilir. Məsələn, əgər söhbət qan analizinin qiymətindən gedirsə, burada tarifi, əsasən, qanın yoxlanılması üçün istifadə edilən «reaktiv»in qiymətilə uyğunlaşdırırlar. Lakin həmin məbləğə laboratoriyada çalışan işçilərin əməkhaqqı və kommunal xidmətlərə çəkilən xərc, hətta həkimlərin əməkhaqlarının faizi də aiddir. Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində alınan xarici aparatla müayinələrdə isə qiymət müəyyən olunarkən, həmin cihazın alınmasına çəkilən xərc əsas götürülür.

Tibb cihazı nə qədər bahalıdırsa, onunla müayinə üçün müəyyənləşdirilən qiymətlər də bir o qədər baha olur. Aparatın qiyməti çıxarılsa da, «Əhmədli» Klinikasında qiymətlər aşağı düşmür. Deyilənlərə görə, əgər adıçəkilən tibb ocağında qan analizi və yaxud hər hansısa müayinə üçün vətəndaşlar növbə gözləyirlərsə, təbii ki, qiymətlər bir az da bahalaşdırılır. Buradan da belə çıxır ki, Alim Şıxəliyev öz gəlirini heç kəsin maraqlarına qurban vermir. Bu səbəbdən də «Əhmədli» Klinikasında tələbatın çox olduğunu görüb qiyməti sanki süni şəkildə artırırlar». Bu arada, təxminən 6 il bundan öncə «Əhmədli» Klinikasına basqın olduğunu və bu zaman Fərid Şıxəliyev adlı şəxsin adıçəkilən tibb müəssisəsinin rəhbəri Alim Şıxəliyevlə yanaşı, stomatoloq Elnur Şıxəliyevə və digər həkim Mais Cəfərova bir neçə bıçaq zərbəsi endirdiyini, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyini vurğulayan məlumatlı şəxsin verdiyi bilgilərə görə, həmin cinayət hadisəsini törədən Fərid Şıxəliyev klinikanın baş həkiminin əmisi oğludur:

«Deyilənlərə görə, həmin vaxt baş həkim bu məsələnin ört-basdır edilməsi məqsədilə bir xeyli tərləməli olub. Məhz elə bu səbəbdən də Fərid Şıxəliyevin hansı səbəbdən cinayətə əl atdığına dair hələ də dəqiq məlumat yoxdur. Sadəcə bununla əlaqədar bir neçə versiya səslənirdi ki, onlardan biri də sözügedən cinayətin məhz qısqanclıq zəminində baş verməsinə dair iddialardır. Onu da qeyd edim ki, «Əhmədli» Klinikasının baş həkimi əslən Lerik rayonundandır. Onun atası İkinci Dünya müharibəsində Mozdokdan Berlinədək döyüş yolu keçmiş Həmzə Şıxəliyevdir. Lakin deyilənlərə görə, baş həkim atası kimi uğurlu həyat yolu keçməyib. Belə ki, hazırda onun rəhbərlik etdiyi klinikada yaşanan olaylar, tətbiq olunan qiymətlər belə deməyə əsas verir. Bildirilir ki, «Əhmədli» Tibb Mərkəzindəki tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatlarının qiyməti orta hesabla 2-10 min manat arasında dəyişir. Qanın ümumi müayinələri orta hesabla 20-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır.

Təkcə xəstə qəbulu, məsləhət 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 100-150 manata qədər artır. Nəzərinizə çatdırım ki, sözügedən səhiyyə ocağında insanlar tibbi xidmət müqabilində yüksək məbləğdə pul ödəsələr də, bunun qarşılığında həkimlər tərəfindən yaxşı xidmət göstərilmir. Vətəndaşlar müayinə və həkim məsləhətləri üçün tələb olunan məbləğin həddən artıq yüksək olmasından şikayətlənirlər. Bundan başqa, həkimlərin firmalarla əlbir olub onların dərman peraparatlarının faydası və zərəri haqqında məlumatı olub-olmadan, xəstələrə həmin dərmanları yazıb pul qazanırlar. «Əhmədli» Klinikasının tibb personalının xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi isə deyilənlərin sübutu kimi qədul edilməlidir». P.S. Qarşı tərəflərlə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də, heç bir nəticə olmadı.
Ancaq münasibətləri dərc etməyə hazırıq.
gundelik baki
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:45

PEŞƏNİN İŞIĞINDA YANAN ÖMÜR...

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?