"Müstəmləkəçi Fransa demokratiya və ədalət vəd edən beynəlxalq təşkilatlara üzv olmamalıdır" - HƏQİQƏTƏN DƏ...

04:24 16.01.2024 638
Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”. Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yerli KİV-lərə müsahibəsində danışıb. Əslində biz heç bir zaman Fransa ilə dost olmamışıq, amma düşmənliyimiz də olmayıb. Sadəcə uzun illər ATƏT-in Minsk qrupu adı altında gözümüzə 27 il "kül üfürüb". O qədər… Azərbaycan işğal altında olan torpaqlarını geri qaytardıqdan sonra hər şey dəyişdi…

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, Azərbaycan təqribən otuz il ərzində işğal altında qalan torpaqları geri qaytardı, bu müddətdə Fransa erməni terroruna şərtsiz dəstək nümayiş etdirdi. Halbuki Minsk qrupu kimi bilinən vasitəçi qrupda üzvlüyünə görə onun ciddi neytrallıq göstərəcəyi gözlənilən idi.

Deputatın fikrincə, bu dəstək əlbəttə ki, Fransada siyasətə və KİV-ə aktiv şəkildə cəlb olunan güclü erməni diasporunun olması ilə, həm də getdikcə Fransa siyasətinə daha çox təsir göstərən Fransa sağçılarının münaqişədən istifadə etməsi ilə də əlaqələndirilə bilər. Lakin bütün hallarda münaqişənin ədalətli həlli üçün yaradılan Minsk qrupunun üzvü olan bir ölkə bitərəfliyini qorumalı idi.

Müşfiq Cəfərov hesab edir ki, Fransa Azərbaycanın qələbəsindən, yəni keçmiş Qarabağ məsələsinin ədalətli həll olunmasından o qədər narahat idi ki, bunu açıq şəkildə nümayiş etdirməkdən çəkinmirdi.

“Bildiyiniz kimi ötən ilin sonunda Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-cı il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib. Bununla bir daha Qərbin demokratiya və ədalət prinsipi iflasa uğradı. Düşünürəm ki, bu qədər ifşadan sonra Fransa hər hansı demokratiya və ədalət vəd edən beynəlxalq təşkilatlara üzv olmamalıdır”-deyən deputat əlavə edib ki, tarix boyu müstəmləkə siyasəti yürüdən ölkənin 21-ci əsrdə də buna cəhdi və terrorçuları dəstəkləməsi gözlənilən hal olsa da, açıq şəkildə beynəlxalq hüquqa ziddir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:39

Təşkilatcı rəhbər, gözəl insan və əsl vətən daşı - Yevlax Şəhər Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Fazil İsmayılov

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

17:56

Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır"

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir

09:48

Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı

09:45

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO

17:27

Saytlar niyə şantaj etmək yolunu tutub? - Sektor müdiri Rəvan Teymurov təkzib edir

14:00

“Nar”dan Ümumdünya Kitab Gününə dəstək

10:58

Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib - Bağdasaryan

14:00

“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!

20:36

Allahverdi Bağırovun qızı: "Ölümündən qabaq atam gəldi, dedi, hazırlaşın, Ağdama qayıdırıq..."

12:05

Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşdü - FOTO