
“WikiLeaks”in təsisçisi Culian Assanja Ekvadorun Britaniyadakı səfirliyini tərk etmək üçün 30 gün vaxt verilə bilər. Assanj 2012-ci ildən ordadır, əgər 2017-c ildə ölkədə keçirilən prezident seçkilərində sabiq bank rəhbəri və GREO hərəkatının nümayəndəsi Gilyermo Lasso qalib gələrsə, Assanjdan səfirliyi tərk etmək xahiş ediləcək.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Ekvador xalqı ödəməli olmadığı bədəli ödəyir. Biz Assanjdan səfirliyi 30 gün ərzində tərk etməyi xahiş edəcəyik”, - bu barədə Lasso Britaniyanın “Guardian” qəzetinə verdiyi müsahibəsində bildirib.
Siyasətçinin fikrincə, “WikiLeaks” təsisçisi üçün hərəkətə keçmə vaxtının çatdığını hesab edir. Belə ki, onun səfirlikdə olması ölkəyə baha başa gəlir və heç bir əsası yoxdur.
Nəşrin məlumatına görə, Ekvadorda fevralın 19-da keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, Assanjın səfirliyi tərketmə ehtimalı artır. Assanj səfirliyin dörd ofis məkanından birini tutub. O, əməkdaşlar ilə münasibətlərini mehriban adlandırsa da, bəzən mübahisələr olur.
2010-cu ildə ABŞ diplomatik xidmətinin sənədlərinin saytda dərcindən sonra “WikiLeaks” ətrafında qalmaqal baş verib. Assanj hazırda Ekvadorun Britaniyadakı səfirliyində gizlənir, ona burada siyasi sığınacaq verilib.