
Fueqo ("Alov vulkanı") vulkanının püskürməsi bu gün baş verib və cari ildə bu artıq ikinci püskürmədir.
azerinform.az saytı Frans Press agentliyinə istinadən xəbər verir ki, pükürmədən sonrakı kül qatı yaxın şəhərlərin üzərinə çöküb və onun paytaxta çatması ehtimalı var.
Qəzaların nəticələrinin aradan qaldırılması üzrə Milli Agentliyin sədri Devid de Leonun sözlərinə görə, dəyişkən küləkli hava külü paytaxtın cənub hissəsinə gətirə bilər.
Fueqo ölkədə olan 3 aktiv vulkandan biridir və paytaxt Qvatemala şəhərindən 45 km-lik məsafədə yerləşir.
