BU İL KEÇİRİLƏCƏK İMTAHANLARIN VAXTI VƏ QAYDALARI AÇIQLANDI - Siyahı

13:47 29.01.2021 3 317
BU İL KEÇİRİLƏCƏK İMTAHANLARIN VAXTI VƏ QAYDALARI AÇIQLANDI - Siyahı

"Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq.

DİM sədri deyib ki, may ayında həmçinin dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) da keçiriləcək: “May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.

Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib ki, builki imtahanların keçirilməsi qaydası müəyyənləşib.

2021-ci ildə təşkil olunacaq imtahanlar barədə məlumat verən M.Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək.

"2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib" - deyə, Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.




Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur (DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır).

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur.

Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıbş

"Keçən il dövlət sifarişli plan yerlərinin sayı artmışdı. İndi heç bir fikir söyləyə bilmərik" - deyə, Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

DİM sədri qeyd edib ki, plan yerlərini Nazirlər Kabineti təsdiqləyir: “Biz yalnız təkliflərimizi veririk. Qeyd edim ki, 2019-cu ildə 41 693 nəfər ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, həmin plan yerləri 87% dolmuşdu. Qəbul olanların arasında 7% subbakalavr idi. 2020-ci ilin plan yerləri artırılıb. Dövlət sifarişli yerləri də artmışdı. Həmin il 41 748 nəfər ali məktəbə qəbul olmuşdu. 86 % plan yerləri dolmuşdu. Qəbul olunanlar arasında 10 % subbakalavr təşkil edirdi. 2019-cu il 3 515 subbakalavr,

2020-ci ildə isə 5 179 subbakalavr ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, ildən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”.

Tarixlər aşağıdakı kimidir:

2021-ci il aprel-sentyabr aylarında keçirilməsi planlaşdırılan imtahanlar
1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları;2. Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ);3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi. Aprel ayı ərzində
GRE 02.04.2021
1. Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans);
2. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans);
3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi
4. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans)

May ayı ərzində
GRE 03.05.2021
SAT 08.05.2021
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı May-iyun ayları ərzində
1. Əvvəlki il məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı2. Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans)
3. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans)
4. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

İyun ayı ərzində
GRE 04.06.2021
SAT 05.06.2021
1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi2. Ali məktəblərə qəbul imtahanı (2-ci şans) İyul ayı ərzində
1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi2. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 2-ci şans) Avqust ayı ərzində
1. Buraxılış imtahanı (payız, təkrar)
2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi3
. Rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) Sentyabr ayı ərzində
ACCA(İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Hər həftənin II günləri (10:00–13:30) və IV günləri (10:00-18:00)
PTE Academic Hər həftənin II günləri (14:00-17:00)
Pearson VUE-nun ixtisaslaşma imtahanları Hər həftənin I günləri (08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
ТРКИRus dili xarici dil kimi testi Hər həftənin V günləri (11:00-17:00), eləcə də onlayn qaydada hər həftənin VI günləri (11:00-17:00)
ICDLBeynəlxalq Kompüter İşlətmə Lisenziyas
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...