"beləsindən nə ağıl gözləyəsən…" - Bəxtiyar Vahabzadənin oğlu

22:09 18.02.2017 1 445
"beləsindən nə ağıl gözləyəsən…" - Bəxtiyar Vahabzadənin oğlu
Politoloq Zərdüşt Əlizadənin mətbuata növbəti müsahibəsi qalmaqal yaradıb.
Daha doğrusu, politoloq ənənəvi ampluasına sadiq qalaraq bu dəfə də Atatürkün, Nuru Paşanın, alovlu şair Xəlil Rzanın, Elçibəyin, əhayət, türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin bostanına daş atıb...
Bakını erməni-rus işğalından xilas edən Nuru Paşanı rüşvətxor, Atatürkü Leninlə separat sövdələşməyə gedən sərkərdə, Elçibəyi siyasi Şeyx Nəsrullah adlandıran politoloq ustad Bəxtiyar Vahabzadəni başqa formada gözdən salmağa çalışır.
Onun "Bəxtiyar Vahabzadə yaxşı yaşamaq üçün xalqa türkçülükdən şeirlər deyirdi" kimi şantaj xarakterli, əttökən və yersiz yalanları cəmiyyətdə birmənalı qarşılanmadı və tanınmışlar onun cavabını verdilər...
Biz dəfələrlə Bəxtiyar Vahabzadə ocağının tanınmış simalarından biri - oğlu Azər Vahabzadə ilə əlaqə yaradıb məsələyə münasibətini öyrənməyə çalışsaq da, onunla ünsiyyət qurmağımız baş tutmurdu... Nəhayət, onunla əlaqə yaratdıq.
Milli.Az tezadlar.az-a istinadən bildirir ki, Azər Vahabzadənin atası, türk dünyasının ustad şairlərindən olan Bəxtiyar Vahabzadə haqqında politoloq Zərdüşt Əlizadənin söylədiklərinə cavabı sərt oldu:
"Azərbaycanda Əlizadələr qardaşlarının kim olduğunu əlavə şərh etməyə lüzum varmı? Zərdüşt Əlizadəyə gəlincə, vaxtilə prezidentlik iddiasına düşən, namizədliyini irəli sürən bu adamın danışıqlarına yəqin ki, fikir vermisiniz... Jurnalistin "Elçibəyi birmənalı şəkildə qəbul etmirsiniz, anladıq. Bəs 90-cı illərdə, elə bu gün də yaradıcılığında türkçülük ideyalarını təbliğ edən, bu amal uğrunda yazıb-yaradan şairlər, yazıçılar olub. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Rüstəm Behrudi. Bunlar da yanlış yolda olublar" sualına Zərdüşt Əlizadə belə cavab verir:
"...Siz mənə Bəxtiyar Vahabzadəni tanıtmayın. Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. O, türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü üçün, ailəsi üçün yaşayıb... Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi...", -kimi siyasi kinli, sürüşkən, düşməncəsinə cavab.
Zərdüşt Əlizadə yaxşı tanımasa da, mənim atam Bəxtiyar Vahabzadəni bütün türk dünyası yaxşı tanıyır və bu gün nəinki Azərbaycanda, eləcə də Türkiyədə, Orta Asiya respublikalarında, Ukraynada, Rusiyada, bir çox Avropa ölkələrində Bəxtiyar Vahabzadənin əsərləri oxunur, təbliğ olunur, abidəsi ucaldılıb, adına xiyabanlar salınıb, xatirəsi əziz tutulur...
Bəxtiyar Vahabzadənin təkcə "Gülüstan" poeması milli təfəkkürü və qeyrəti olan hər kəs üçün o illərdə bir mənlik məktəbi, məslək əsəri idi...
O ki qaldı Bəxtiyar Vahabzadənin Zərdüşt Əlizadəgilə tez-tez getməsinə, Zərdüşt bəy həmin illəri yaxşı xatırlayırsa, bilməlidir ki, onların evinə daha çox, özü də tez-tez Zeynəddin müəllim, bir də Zinət xanımın tələbələri gedirdi... Universitetdə indi kimdən soruşsalar, Zinət xanımın necə müəllimə olduğunu, tələbələrini necə çox istədiyini... ətraflı təsvir edərlər...
Bir adam ki, cümləsinin əvvəlində milli mənsubiyyətin qatı əleyhdarı, türkçülüyün qatı düşməni kimi danışa, milli ruhun qabardılmasının ziddində ola və cümləsinin sonunda Elçibəyin kürd olmasını dilə gətirə, bununla da onun dolayısı ilə gözdən salınması niyyətini ortaya qoya, beləsindən nə ağıl gözləyəsən... Fikir vermisinizsə, o, müsahibəsində özünün türk olduğunu bildirir, ardınca da deyir ki: "...Mən nəyin əleyhinəyəm? Qışqıra-qışqıra deyirsən ki, mən türk oğlu türkəm. Türk olub neyləmisən? Ümumiyyətlə, mənim nəyimə lazımdır sənin atan-baban kim olub? Özün nə etmisən? Elçibəy özü kürd idi. Bunu bilirsənmi?" Bu kimi sərsəm fikirlər...
Odur ki, qoy Zərdüşt Əlizadə bir də təxminən 30-40 il keçmişə qayıdıb anası Zinət xanımın universitetdə çalışdığı illəri yenidən yadına salsın. Bir də Azərbaycanın işıqlı insanlarına çamur atmağı, şər-şəbədə söyləməyi, gənc nəslin beyninə zəhər toxumu əkməyi, Azərbaycanın işıqlı gələcəyi yolunda həyatını şam kimi əritmiş ziyalı insanları gözdən salmağı tərgitsin...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...