Milli Məclisdə ailə institutunun formalaşması məsələləri müzakirə olunub

17:06 18.02.2017 1 184
Milli Məclisdə ailə institutunun formalaşması məsələləri müzakirə olunub
Fevralın 16-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda “dəyirmi masa” keçirildi.
AZƏRTAC xəbər verir ki, toplantını giriş sözü ilə açan parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, tədbirdə ailədaxili münaqişələrin yaranma səbəbləri və həlli yolları, sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət arasında təbliği və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Aqiyə Naxçıvanlı dedi ki, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına və inkişafına çalışır. Ailə inkişaf etdikcə ailə münasibətləri də mürəkkəbləşir, münasibətlərin müxtəlif təzahürləri meydana çıxır. Ailədaxili münaqişələr bütün ailə üzvlərinə, o cümlədən qohumlara, ümumilikdə cəmiyyətə mənfi təsir göstərir. Burada əsas məsələ münaqişəli münasibətlərin vaxtında, düzgün təhlil edilməsi, onları doğuran səbəb və nəticələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır.
Komitə sədri diqqətə çatdırdı ki, ölkəmizdə ailə, qadın və uşaq hüquqları ilə bağlı mövcud qanunvericilik aktlarında ailə üzvlərinin hüquq və vəzifələri təfsilatlı şəkildə əks olunur.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, Azərbaycanda güclü ailə siyasəti həyata keçirilir və bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb. Qeyd edildi ki, ailə məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur. Bu gün qloballaşan dünyada Azərbaycan da digər ölkələr kimi müsbət hallarla yanaşı, müəyyən mənfi təsirlərə də məruz qalır. Ailə problemlərinin həllinə xüsusi diqqət yetirilir. Bu gün ailə institutunun hərtərəfli inkişafı, ailə dəyərlərinin qorunması, ailədaxili problemlərin aradan qaldırılması cəmiyyətin diqqət yetirdiyi vacib məsələlərdir.
“Dəyirmi masa”da Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva “Sosial amillərin psixi sağlamlığa təsiri” mövzusunda çıxış etdi. O, psixi xəstəlikləri doğuran amillər, o cümlədən ailədaxili münaqişələr və bu səbəbdən uşaqlarda psixoloji problemlərin yaranmasına diqqət çəkdi. Məruzəçi bu halların aradan qaldırılmasının yolları, bu istiqamətdə müxtəlif məzmunlu proqramların hazırlanmasının vacibliyi barədə danışdı.
Müzakirələr zamanı deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və digər aidiyyəti qurumların nümayəndələri ailədaxili münaqişələrin psixoloji xüsusiyyətləri, onların hüquqi aspektləri, evlilik həyatında ən çox yaşanan problemlər, boşanmalara aparan yol, qeyri-rəsmi nikahların ağır nəticələri, övladlığa uşaq götürmək, himayəçiliklə bağlı çətinliklər və digər məsələlər barədə fikirlərini açıqladılar.
Çıxışlarda milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanması və möhkəmləndirilməsinin əhəmiyyəti haqqında danışıldı. Bunun üçün ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması istiqamətində dövlət proqramlarının həyata keçirilməsinin önəmli olduğu vurğulandı.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO