Repressiya qurbanı olan "Qızıl Azərbaycan aşığı" - Ustad sənətkar Aşıq Mirzə Bilal

03:13 24.06.2024 280

Böyük ustad Aşıq Mirzə Bilal

Azərbaycanın elə bir guşəsi yoxdur ki, 30-cu illər repressiyalarının soyuq rüzgarları oralara gedib çıxmasın. O qorxunc illərə qurban gedən günahsız insanların böyük bir hissəsi də müxtəlif bölgələrin nümayəndələridir. Belə şəxslərdən biri də XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda yaşayıb-yaratmış ustad sənətkar Aşıq Mirzə Bilal olmuşdur. Həmin ağrılı-acılı dövr məhz ədəbiyyatımızın, elmimizin, mədəniyyətimizin əvəzsiz dahilərini hədəf almışdı. Aşıq Mirzə Bilal da belə şəxslərdən biri idi. O, qırx ilə yaxın Şirvanda qədim aşıq sənətini yaşatmış və onlarla şagird yetişdirmişdir.

Bilal Mustafa oğlu 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda qədim Qəşəd kəndində dünyaya göz açmışdı. Bilal uşaqlıqdan xüsusi isteda malik idi və buna görə də, atası Mustafa Mikayıl oğlu ona şeirlər əzbərlədirdi. Lakin tale elə gətirdi ki, Bilal səkkiz yaşında olarkən, 1880-ci ildə atasını itirdi. Bilal ailənin böyük uşağı olduğundan, gah qoyun-quzu otarar, gah da çöl işlərində anasına kömək edərdi. Ancaq heç zaman gözəl səsi ilə zümzüməsindən qalmazdı.

Maddi imkanları olmadığından Bilal məktəbə gedə bilməsə də, yazıb-oxumağı molla Xasıdan dərs alan tay-tuşu, uşaqlıq dostu Veyisdən öyrəndi. Artıq Bilalın gözəl səsi, avazı el-obaya yayılmışdı, hətta Seyid bulağından su içəndən sonra ona vergi verildiyini də deyənlər tapıldı.

Bilalın fitri istedadına və gözəl yaddaşına heyran olan Molla Xası onu öz məktəbinə götürür. Məktəbi bitirdikdən sonra isə ona Seyid Əzim Şirvaninin məktəbində oxumağı məsləhət görür. Bilalın gələcəyinə ümidlə baxan Seyid Əzim isə ona bəri başdan xeyir-dua verir.

Gənc Bilal Şamaxıda Mahmud ağanın şeir-musiqi, S.Ə.Şirvaninin "Beytüs-səfa" və digər məclislərdə mütəmadi iştirak edirdi. Şamaxı ədəbi mühiti - "Beytüs-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini birə-min artırmışdır. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır.

Həmin dövrdə o, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.M.Qənizadə, Aşıq Ibrahim, Aşıq Nurəddin, Əbdülxaliq Əfəndi və başqa ünlü ziyalılar, qələm adamları ilə ünsiyətdə olur. Bu onun dünyagörüşünün formalaşmasına və yaradıcılığına təsir etmişdir.

Böyük şəxsiyyətlərlə dostluq

Bilal ərəb və fars dillərini mükəmməl bildiyindən, klassik poeziyaya da dərindən bələd oldu. Bu mühitə düşməsi onu Mirzə Bilal kimi tanıtdı və sevdirdi.

Aşıq Mirzə Bilal kamil sənətkar olsa da, özündən yaşlı sənətkarlarla əlaqə saxlayır və onlarla daim təmasda olurdu. Ağsuda yaşayıb-yaradan, yaşca özündən böyük olan, bir neçə dastan və məşhur "Aşıq Calal və Kəklik" dastanının müəllifi aşıq Calal ilə də sonacan əlaqəni kəsməyib, onun öyüdlərindən çox şey öyrənib.

Aşıq Mirzə Bilal Mirzə Məmmədhəsənin yanına getdiyi vaxtlarda bazarlığını Sarıtorpaq məhəlləsində Talıb kişinin dükanından edərmiş. Bir gün Talıb kişinin qızı Soltanxanımı görür, ona vurulur. Nişanlanırlar, ilk görüşdən ilhama gələn aşıq sevgilisinin şərəfinə "Sarıtorpaq şikəstəsi"ni bəstələyir. Hər zaman onu vəsf edən şeirlər yazır:

Çəmənlər qoynunda, güllər içində, Mən səni çiçəklər əlində gördüm.
Şəkəri, badamı, noğulu, qəndi,Ağzında, ləbində, dilində gördüm.

Bunlardan başqa Aşıq Mirzə Bilal "Havar-koxa", "Güdayı", "Kart-kurt", "Bilal gözəlləməsi" havalarının da müəllifidir. Bir neçə köhnə saz havasına isə Aşıq Bilal nəfəsi verərək onları təkmilləşdirmişdir.

Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olan Aşıq Bilal M.Ə. Rəsulzadə, Ü.Hacıbəyov, C.Qaryağdıoğlu, S.Şuşinski, Q. Pirimov, Asıq Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Məhəmməd və başqaları ilə dost olmuşdur. M.Ə.Rəsulzadəylə yaxından tanış olan Aşıq Mirzə Bilal Şamaxı İcraiyyə Komitəsinə üzv seçilmişdi. Onun nüfuzu və şeirləri kəndlərdə əhalinin Musavat ordusuna əsgərlər verməsində öz işini görmüşdü. O, eyni zamanda ağır vaxtlarda kəndlərində əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməmişdi.

1928-ci il may ayının 5-7-də Bakıda keçirilən Azərbaycan Aşıqlarının birinci qurultayına dəvət olunan 150 nəfərin içində Aşıq Mirzə Bilal da vardı. O, bu qurultayda "Qızıl Azərbaycan aşığı" fəxri adına layiq görüldü. Lakin az sonra bəstələri və şeirləri ilə yeni hökuməti alqışlayan aşıq, birdən-birə hökumət tərəfindən göz altına alındı. Onu 1933-cü ildə tutub Bakıya göndərdilər və həbs etdilər. Bəhanə isə Musavat zamanında onlara xidmət etməsi əsas göstərilirdi. Bu dəfə ustad aşıq möcüzə nəticəsində buraxıldı.

65 yaşında güllələnmə hökmü

1935-ci ildə bir çox sənət dostlarının təkidi və müraciətiylə məclislərə çıxdı. Məclislərdə daha dərdli, dövrdən gileyli mahnılarını oxudu:

Dəli könlüm, heç ahu-zar eyləmə, Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar, Əcəl şərbətini içib gedəcək.

Əslində Mirzə Bilal çoxdan qara siyahıda idi. Onun söz deyən dili vardı. Başqaları susurdu, amma Allah onu başqalarının deyə bilmədiyini deməyə kökləmişdi. Və 1933-cü ildə Aşıq Bilal "kulak" siyahısına salınır. Əlbəttə, bu, oyun idi, başa salırdılar ki, asanca tuta da bilərik, buraxa da bilərik. Ağıllı olmaq lazımdır. Ancaq Mirzə Bilal haqq aşığı idi, kimsə onun ruhunu satın ala bilməzdi. Aşıq Bilal "Pristavın əlindən" adlı şerinə görə hələ 1917-ci ildə Çar hökuməti tərəfindən də həbsxanaya salınmışdı.

Elə həmin vaxtlar yenidən tuthatut başlandı. Repressiya dalğası aşıq sənətindən də yan keçmədi. Onun yaxşı tanıdığı onlarla ziyalı dostları Şamaxıda əksinqilabi təşkilatın üzvü olmaqda suçlandırılaraq həbs edildilər.

1937-ci il iyul ayının 15-də aşığın özünü də apardılar. Əksinqilabi qüvvələrin cəbbəxanasını təşkil etməkdə günahkar bilinən Mirzə Bilalın evini axtardılar, mal-qarasını, atını, ustadlardan topladığı şeirləri, dastanlardan ibarət arxivini, özünün yazdığı şeirləri, cürə sazını, bir sözlə, nəyi vardısa alıb götürdülər.

Həbsxanada uzunmüddətli işgəncələrdən sonra saxta ittihamlara məcburiyyət qarşısında imza atan aşıq həmin il noyabrın 26-dan 27-nə keçən gecə erməni Q.B.Martirosovun qərarı və Sumbatovun göstərişi ilə 65 yaşında güllələndi.ÿHəmin gecə onunla birlikdə 50 nəfər güllələnmişdi.

Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu bəraət almışdır.

"Azadlıq"
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər