İslamiada görüşü: Ərdoğan Əliyevlə Bakıda nələr danışacaq?

00:58 4.05.2017 2 337
İslamiada görüşü: Ərdoğan Əliyevlə Bakıda nələr danışacaq?

Avropa Şurası Parlament Assambleyası ( AŞ PA) ilə müharibədə olan Türkiyə və Azərbaycan arasında yaxınlaşma getdikcə daha yeni müstəviyə keçir. Rəsmi Bakı ilə rəsmi Ankara arasında münasibətlər bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ərdoğanın Bakıya səfərinin gözlənildiyini deyib: “Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir”.

Ərdoğanın paytaxtımıza gəlişi yarışma ilə əlaqədar olsa da, mühüm danışıqlar olacağı təbiidir.

Ərdoğan həmkarı prezident İlham Əliyevlə regiondakı hadisələri, Qarabağ məsələsini, Moskva ilə münasibətlər və ən nəhayət AŞ-nın hər iki ölkəyə münasibətini müzakirə edə bilərlər. Habelə, FƏTÖ məsələsi, TAP və TANAP-ın müzakirəsi, yekunda iki dövlət başçısının birgə bəyanatı gözlənilir.

Amma buna qədər mayın 3-də Ərdoğanla Putinin görüşü olub və böyük ehtimalla prezidentlər Qarabağ münaqişəsinə də toxunacaqlar. Ondan sonra Bakı səfəri nəzərdən keçiriləcək.

Hətta ardınca Putinin Bakıya gəlişi mümkündür. Aydındır ki, iki ölkənin prezidenti bu görüşdə əsasən Suriyanı müzakirə edəcəklər. Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur. Suriyadan başqa, Ərdoğanla Putinin müzakirə edəcəyi daha iki mövzu var:

Birinci mövzu Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına maneəsiz girişinə icazə verilməsidir. Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə hələ də maneələr var.

İkinci mövzu Türkiyənin Rusiya taxılından imtina etməsidir. Rusiya Türkiyənin kənd təssərrüfatı məhsullarına maneə yaratdıqdan sonra Türkiyə də Rusiyadan taxıl almaqdan imtina etdi.

Bu məsələnin sadə həlli var. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına maneəni ortadan qaldırarsa, Türkiyə yenidən Rusiyadan taxıl alacaq.

Bundan başqa, Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Ankara daha bir jest etdi. Rusiya vətəndaşları Türkiyədə vizasız 60 gün deyil, 90 gün qala biləcəklər.

Ulus.Az xəbər verir ki, mayın 12-də Bakıya gələrsə Ərdoğan Əliyevlə Putinlə görüşün bəzi detallarını müzakirə edə bilər.

Əslində, bu gün Rusiya-Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Qarabağ məsələsində də üçlər ittifaqının yaranması buna dəlalət edir.

Bəzi ehtimallara görə, liderlər Cənub Qafqazda situasiyanın müzakirəsi çərçivəsində Dağlıq Qarabağ probleminə də toxunacaqlar. Bu və digər səbəblərdən səfər işğalçı Ermənistanda və onun siyasi-ekspert dairələrində də diqqət mərkəzindədir.

Ancaq bütün hallarda Türkiyə və Rusiya bölgədə özəl, üst-üstə düşməyən maraqlar izləyən iki böyük dövlətdir. İki ölkə arasında iqtisadi-ticari, hətta hərbi sahədə nə qədər yaxınlaşma, anlaşma olsa da, bu müəyyən həddə kimi mümkündür.

Çünki Rusiya Asiya ölkəsi olaraq daha çox Asiyaya, Türkiyə isə Avropa ölkəsi olaraq daha çox Avropaya bağlıdır. Qardaş ölkə, üstəlik, NATO üzvü olmaqla tam fərqli, hətta əks-qütblü təhlükəsizlik sistemlərində yer alır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:46

ZƏHMƏTİN DAŞA HOPAN İZLƏRİ

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

17:33

Quba şəhər Mehrab Niftəliyev adına Texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Gülzar Əyyubovanın haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü