Masallıda şəhidlərin xatirəsinə həsr edilən cüdo turniri keçirildi - FOTOLAR

23:30 21.06.2023 677


Masallıda Uşaq və Yeniyetmələr arasında cüdo idman növü üzrə rayon Açıq turniri keçirilib.

Asiya.az xəbər verir ki, turnir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 26 iyun – Azərbaycanın Silahlı Qüvvələri Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Masallının şəhid cüdoçularının xatirəsinə həsr olunub.

Uşaq və Yeniyetmələr arasında keçirilən cüdo idman növü üzrə Masallı rayon Açıq turniri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Masallı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Masallı Elektroniks” şirkətlər qrupunun sponsorluğu, “Asiya.az” xəbər portalının media dəstəyi ilə baş tutub.

Turnirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətini iştirak ediblər.

Tədbir iştirakçıları öncə Masallı Olimpiya Kompleksinin foyesində Masallı Diyarşünaslıq Muzeyində və şəhidlərimizin ev muzeylərində qorunub saxlanılan şəhidlərimizin şəxsi əşyalarının, eləcə də rayonun yeniyetmə və gənc rəssamların vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərinin sərgisinə baxıblar.

Turnir Ulu öndər Heydər Əliyev və vətənimizin ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutu və Dövlət himnimizin sədaları ilə başlayıb. 

Tədbirin aparıcısı jurnalist Cəfər Cəfərov turnirin keçirilməsi barədə iştirakçılara geniş məlumat verərək ilk sözü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova verib.

İcra başçısı tədbir iştirakçılarını və idmançıları salamlayaraq, onları 26 iyun – Azərbaycanın Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. 
O, qeyd edib ki, Uşaq və Yeniyetmələr arasında cüdo idman növü üzrə Masallı rayon Açıq turnirinin keçirilməsi bu idman növünün uşaq və yeniyetmələr arasında təbliği, prespektivli idmançıların üzə çıxarılması, Uşaqlar və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması, onlara vətənpərvərlik ruhunun aşılanması, zərərli vərdişlərdən uzaqlaşdırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və ən əsası ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirilməsində böyük rolu vardır.

Çıxış edən ikiqat Parolimpiya Oyunları çempionu, üçqat dünya, səkkizqat avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, Qarabağ müharibəsi qazisi, “Şöhrət” ordenli İlham Zəkiyev yeniyetmə idmançıları təbrik edib, son illər cüdo idman növünə marağın artdığını qeyd edib.

Şəhid ailələri adından çıxış edən “Aprel döyüşləri” şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərli tədbirin təşkilatçılarına, şəhid ailələrinə qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra idmançıları cənub bölgəsinin incisi “Halay” folklor və “Masallı” rəqs qrupları öz rəqs nömrələri ilə təbrik ediblər.
Masallı Xalq Teatrı Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirdiyi “Şuşa ətrin duyulur” tamaşasından “Şuşanın azad edilməsi” səhnəsini nümayiş ediblər. Döyüş səhnəsini Masallıdan olan peşəkar idmançılar və Vətən müharibəsi qaziləri canlandırıb. 

Final yarışlarından sonra fəxri qonaqların və idmançıların mükafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, Beynəlxalq Cüdo Fedrasiyasının təsdiq etdiyi qaydalar əsasında keçirilən yarışda 2009-2010, 2011-2012 və 2013-2014-cü il təvəllüdlü idmançılar 38, 42, 46, 50, 66 kq (2009-2010), 30, 38, 42 kq (2011-2012), 27, 34, 42 kq (2013-2014) çəki dərəcəsində öz qüvvəsini sınayıb.
Cəfər Cəfərov, 
Elsevər Əliyev, 
Faiq Mirzə,
























































Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:04

İSMAYILLI MEŞƏLƏRİ – TƏBİƏTİN YAŞIL YADDAŞI

12:05

Cəlilabad rayonu Zəhra hospitalının direktoru və laboratoriya müdiri dr.Rəşad İsmayılovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko