Zəfər Günü bayramlar bayramıdır

15:11 5.11.2022 1 053
Zəfər Günü bayramlar bayramıdır

Müstəqillik tariximizin ­yaradıcısı olan unudulmaz dahi şəxsiyyət Heydər Əliyev bir zaman böyük uzaqgörənliklə demişdi: "Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq". Bu gün həmin gündür! Bu gün Azərbaycan Günəş kimi bizim daha xoşbəxt sabahlarımıza işıq saçır, nur çiləyir! Hamımız bir nəfər kimi, yaxın günlərdə Bakının Azadlıq Meydanında keçiriləcək Böyük Qələbə paradını gözləyirik. Qəhrəman əsgər və zabitlərimizin meydandan nizami keçidini, modern hərbi texnikamızın nümayişini, başlar üzərində bəxtəvərcəsinə dalğalanan bayraqlarımızı hansı fəxarət hissi ilə izləyəcəyimiz bəri başdan gün kimi aydındır.

Ulu öndər 2003-cü ildə verdiyi xeyir-duası ilə Azərbaycanın sürətlə inkişaf edərək dünya çapında layiqli yerini tutacağına, işğal altındakı torpaqlarımızın düşməndən azad olunacağına möhkəm əminlik ifadə etmişdi. Çox keçmədi ki, ümummilli liderin fikirləri öz təsdiqini tapdı, yüksək inam, ali etimad özünü doğrultdu. 17 il əvvəl yekdilliklə Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz ilbəil möhkəmləndi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafına nail olundu, mədəni yüksəlişi təmin edildi, hərbi qüdrətimiz daha da artdı. Beynəlxalq birlik Azərbaycanın güclü mövqeyi ilə hesablaşmağa başladı. Bütün bunların məntiqi nəticəsi olaraq, işğalçılıq niyyətindən əl çəkməyən, ardıcıl şəkildə sülh danışıqlarını pozan, təmas xəttində təxribatlar törədən Ermənistan döyüş meydanında layiqli cavabını aldı. Ordumuzun 44 günlük zəfər yürüşü noyabrın 10-da özünün zirvə məqamına yetişdi. Təcavüzkar Ermənistan rəhbərliyinin ­kapitulyasiya xarakterli məlum bəyanata imza atması ilə torpaqlarımız da azad olundu, “Qarabağ münaqişəsi” deyimi də birdəfəlik arxivlərə gömüldü.

Beləcə, tarixi zəfər turu Azərbaycanın tarixində yeni və silinməz səhifələr açdı. Möhtərəm Prezidentimizin müharibə siyasəti ilə əlaqədar müəyyən etdiyi düzgün strateji xətt qələbənin təmin olunmasına öz töhfələrini verdi. Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan tərəfdən sözsüz və birmənalı şəkildə qəbul olundu. Altı həftəlik Vətən müharibəsində Ali Baş Komandanımızın polad qətiyyəti, heyrətamiz dərəcədə düzgün hərbi-siyasi gedişləri, bəyanat və müsahibələri, rayon, şəhər və kəndlərimiz bir-bir alındıqca xalqa etdiyi müjdə dolu müraciətləri bizi elə hey göylərə qanadlandırdı. İgid Vətən oğullarımızın cəbhə xəttində göstərdikləri ölçüyəgəlməz hünərlər sanki bir kino lenti kimi gözlərimiz önündə canlandı. Dünya qalib Azəbaycan Ordusunun dəyanəti ilə məğlub Ermənistan ordusunun miskin durumunu müqayisə belə edə bilmədi. Bədxahlarımız da hərbi qüdrətimizi, yenilməzliyimizi etiraf etməli oldular.

Bəli, biz qaliblər nəsliyik! Müzəffər Ali Baş Komandanımız, hünərvər Silahlı Qüvvələrimiz var! Bundan sonra hər il sonsuz iftixar hissi ilə 10 Noyabr – Zəfər Gününü qeyd edəcəyik! Dünyanın hər tərəfindən Azərbaycana Zəfər Günü təbrikləri ünvanlanacaq! Vətənimiz, elimiz, obamız bayram atəşfəşanlığına bürünəcək!

Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər bayramımız mübarək olsun!

Yaşasın Azərbaycan!

Alim Babayev,
ATİAHİ Cəbrayıl rayon komitəsinin sədri.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:11

Tovuz şəhər Adil Qasımov adına tam orta ümumtəhsil məktəbin direktoru İlhamə Zeynalovanın haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü