On altı il öncə – 2003-cü ilin dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev vəfat etdi.
Onun keçdiyi həyat yolu – Azərbaycanın inkişaf yoludur. Tarixdə elə insanlar var ki, onların həyat və fəaliyyəti bütün xalqın taleyini təyin edir. Heydər Əiyev də bunlardan biridir.
Vətənin xidmətinə həsr olunmuş ömürHeydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi. Bu cür insanlar bəlkə də yüz ildə bir dəfə doğulur. Xalq öz qəhrəmanlarını unutmur. Heydər Əliyev dövlət başçısı olub, onun adı ilə demək olar ki, bütün problemlərin həlli bağlıdır. O, ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub.
Heydər Əliyev sağlığında Azərbaycan xalqının ümummilli lideri hesab edilib və fiziki olaraq həyatdan köçdükdən sonra xalq ona olan sevgi və hörmətini hələ də saxlayır. O, hər bir azərbaycanlı üçün istedadlı ölkə başçısı, məqsədyönlü, hərtərəfli şəxsiyyət kimi qalıb. Onun ümummilli liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyası yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır. Bununla yanaşı, Heydər Əliyev təbiətcə yorulmaz insan idi, o, bütün həyatı boyu öz üzərində çalşıb (10 may 1923 - 12 dekabr 2003), Allahdan ona bəxş edilən istedadı inkişaf etdirərək hər zaman yeniliklər öyrənmək və öz dövrünü qabaqlamağa müvəffəq olub.
Azərbaycanın salnaməsində ən parlaq və məzmunlu səhifələri – Heydər Əliyevin idarə etdiyi dövr tuturHeydər Əliyev realist siyasətçi olub. Onun siyasi və idarəçilik prinsipləri romantizm və xəyalpərəstlikdən uzaq olub. Ola bilsin ki, onun qərarları ilk baxışdan kimin üçünsə əsassız görünsə də, lakin müəyyən vəziyyətdə optimal və düzgün olublar.
Heydər Əliyev hakimiyyətdə olduğu ilk günlərdə öz xalqının dirçəlişi və xoşbəxt gələcəyi üçün fədakarlıq nümayiş etdirib. Bu dövrlərdə güclü dövlətin, milli dirçəlişin, sosial rifahın və Azərbaycanın mənəvi inkişafının əsası qoyulub.
Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycan salnaməsinin ən parlaq və məzmunlu səhifələri yazılıb. Şəhər və kəndlər yenidən qurulub, sakinlərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, elm, təhsil və mədəniyyət, eləcə də bütün sahələrdə dəyişikliklər baş verib. Qısa zaman ərzində ölkə əsrə bərabər inkişaf yolu keçib.
Heydər Əliyev xalqın yüksək etibarını və ümidini doğrultduHeydər Əliyevin hakimiyyət illərində Azərbaycanın qazandığı bir çox uğurları sadalamaq olar, lakin burada başqa məqam var. Əgər bugünkü Azərbaycana baxdıqda cəsarətlə Heydər Əliyevin 20-30 il əvvəldən gördüyünü söyləmək olar. Onun tərəfindən əsası qoyulmuş layihələr ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyət kəsb etdi.
Heydər Əliyev sovet idarəetmə prinsiplərini effektiv istifadə edərək Azərbaycanın Sovetlər Birliyinində olduğu müddətdə inkişafını təmin etməyə çalışırdı. Ölkənin müstəqillik illərində də bunu davam etdirdi. Dahi lider xalqının və ölkəsinin taleyində oynadığı böyük rol əsrlər boyu unudulmayacaq.
90-cı illərin əvvəlində, Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan parçalanma və vətədaş müharibəsinin bir addımlığında idi. Ermənistanın Azərbaycan xalqına qarşı aqressiyası geniş miqyas almışdı. İstisadiyyat, siyasət və digər sahələrdə böhran əsl sınağa çevrilmişdi. Həmin dövrlərdə hakimiyyətdə olanların təcrübəsizliyi və peşəkarlığının olmamasından ölkə ağır vəziyyətdə idi. Bu dövr Azərbaycan üçün həlledici oldu: ya ölkə müstəqil dövlət olacaqdı, ya da separatçı qüvvələrin fəaliyyəti nəticəsində parçalanacaqdı.
Azərbaycan seçim qarşısında idi: bu kritik vəziyyətdə o dövrkü prezident Əbülfəz Elçibəy müdriklik nümayiş etdirərək dahi siyasi xadim Heydər Əliyevi köməyə çağırır. 1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçilir, elə həmin zaman Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edir. Həmin ilin oktyabrında xalq onu ölkə prezidenti olaraq seçir. 1993-cü ilin oktyabrın 10-da inaqurasiya zamanı söylədiyi bütün sözləri yerinə yetirir.
Azərbaycanın inkişaf tarixi
Heydır Əliyevin ölkədə quruculuq işləri neft strategiyasının inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin ölkənin sabit iqtisadi inkişafı, sosial birliyi və milli həmrəyliyi sahəsində xidmətləri qiymətsizdir. Azərbaycanın ümummili lideri sayəsində dövlətin formalaşması yolu yaranır. Bu da dünya siyasət elminə “Azərbaycanın inkişaf yolu” kimi daxil olur.
Heydər Əliyevin adı ilə Azərbaycanın iqtisadi və mədəni inkişafı bağlıdır. Müstəqillik illəri respublika çətin zamanlarını yaşayırdı, lakin o, nəinki ölkəni xaosdan çıxardı, hətta dövlətin çiçəklənməsinə şərait yaratdı. Qısa zaman ərzində Heydər Əliyev Azərbaycanı inkişaf yoluna qoydu.
Onun rəhbərliyi altında 1994-cü ildə dünyanın ən iri neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilədə dünyanın aparıcı şirkətlərinin iştirakı ölkənin nüfuzunu daha da artırdı. Bu razılaşma ölkəyə investisiyaların yatırılmasında, ölkə iqtisadiyyatının inkişafına təkan verdi.
Diplomatiya – döyüş meydanı deyil
Neft müqavilələri, ölkədə yaranmış sabitlik iqtisadi islahatlar və mədəniyyətin yüksəlişi nəhayət 1994-cü ilin mayında Ermənistanla atəşkəs rejiminə nail olunur. Bu, Dağlıq Qarabağ münaqişəsi istiqamətində Azərbaycan diplomatiyasının ilk uğuru idi. Ümummilli lider Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə cəhd edirdi.
“Diplomatiya döyüş meydanı deyil. Burada opponentə aqressivlik deyil, mehribanlıq və etimad göstərmək lazımdır. Ehtirasa uymamaq, müdriklik və səbir nümayiş etdirmək, siyasətçilərin əlində vasitəyə çevrilməmək, müstəqil siyasi kurs yeridərkən səbirli və dözümlü olmaq lazımdır” – deyə o, qeyd edirdi. Bu cür münasibətlər bu gün də Azərbaycan diplomatiyasının birinci dərəcəli vəzifəsi olaraq qalır.
Öz siyasi və diplomatik fəaliyyəti ilə Heydər Əliyev Azərbaycan haqda fikirlərin dəyişməsinə həsr edir. Bunu Heydər Əliyevin “Şərq-Qərb” layihəsinin reallaşmasında da görmək olar. 1998-ci ildə onun təşəbbüsü ilə səkkiz dövlətin və otuz ölkənin nümayəndələrinin iştirakı ilə “İpək Yolunun bərpası” forumu keçirilir. Bu da Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, Qərb və Şərq ölkələri ilə əməkdaşlığın intensivləşməsində vacib rol oynayır.
İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə yeni iqtisadi münasibətlərin təməli qoyulur, özəl sektor yaradılır, iri xarici investisiyalar yatırılır, sovetlər dövründən qalma fabrik və zavodlar istehsal etdiyi məhsulların dünya bazarlarına çıxması üçün sahibkarlara geniş imkanlar yaradılır. “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” – Heydər Əliyev bu prinsiplə ölkəyə rəhbərlik edirdi.
Ölkəyə prezident olaraq qayıdan Heydər Əliyev nəinki daxili siyasi stabilliyə nail olur, həmçinin respublikanın iqtisadi müstəqilliyinin də əsasını qoyur. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların bərpası üçün antiböhran proqramları hazırlanır.
Müstəqillik yolu qədər çətin yol yoxdur. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudurHeydər Əliyev fəaliyyətə başladığı ilk gündən sona qədər bütün sahələrində Azərbaycan Respublikasının müstəqilliyinin müdafiəsi və möhkəmlənməsi prinsiplərinə söykənib. “Müstəqillik yolu qədər çətin yol yoxdur” – deyən müdrik lider sosial, iqtisadi və mədəniyyəti inkişaf etdirməklə yanaşı, bir yanda daxili siyasi, digər tərəfdən də ölkənin milli təhlükəsizliyi problemlərini həll edərək xalqı bu yolla aparırdı. 1999-cu ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin direktorlar şurası sülhsevər siyasət və demokratiyanın inkişafına qoyduğu töhfələrə görə Heydər Əliyevi “XX əsrin görkəmli xadimi” mükafatına layiq görür.
Belə bir məşhur məsəl var ki, kişi həyatında üç şeyi: ev tikməli, ağac əkməli və oğul böyütməlidir. Bunu etməklə kişinin həyatını tam hesab etmək olar. Heydər Əliyev – müstəqil Azərbaycanı quraraq onu çiçəklənən baxçaya çevirib, atasının yolunu şərəflə gedən, onun siyasi kursun davam etdirən varis yetirşdirib.
Milli mədəniyyəti səmimi sevən və dünya mədəni irsini yüksək qiymətləndirən Heydər Əliyevin hesabına onun varisi – hazırki prezident İlham Əliyev bu gün Bakını mədəniyyətlərarası və sivilizasiyalararsı dialoqu üçün geniş meydana çevrilib. Azərbaycanda hər zaman müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyalar birgə yaşayıb. Ölkə Şərqlə Qərb arasında nəinki coğrafi, eləcə də mədəni körpü rolunda çıxış edib.
Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərmiş beynəlxalq ictimaiyyətin nüfuzlu üzvü olub, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ilk nümayəndəsi kimi - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, müxtəlif mədəniyyətlərin mədəniyyətlərarası dialoqunun təşəbbüskarı olub. Həmçinin Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, GUAM və bir sıra digər beynəlxalq qurumların üzvüdür.
Əminəm ki, ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycanı görsəydi bizimlə fəxr edərdi. Biz qəlbimizin hər döyüntüsü ilə onun əhdlərinə hörmətlə yanaşmalı, Azərbaycanı birlik yoluna yönəltmiş insanın müqəddəs xatirəsi qarşısında baş əyməliyik. Heydər Əliyevin ölkənin müstəqilliyi və sabitliyi sahəsində atdığı düşünülmüş addımlar hesabına milli maraqların keşiyində dayanan Milli Ordumuz yaradılıb.
Bu da təkcə Azərbaycan iqtisadiyyatının gələcək inkişafına deyil, həmçinin müstəqilliyin təminatı üçün uğurlu tədbirlərin həyata keçirilməsinə də yardımçı oldu. Azərbaycan iri regional layihələrə Avropanın, ümumilikdə dünya enerji təhlükəsizliyinə qoşulub.
Keçmişə nəzər salaraq əminliklə qeyd etmək olar ki, müstəqil Azərbaycan dövlətinin 1995-ci ildə qəbul edilmiş konstitusiyası dahi lider Heydər Əliyevin xidmətidir. Ümummilli lider tərəfindən yaradılmış yeni konstitusiya Azərbaycanın uzun illər stabil inkişafının təminatında ali qanun oldu.
Azərbaycançılıq ideyası – xalqın milli kimliyinin saxlanılmasının təminatçısıdırÜmummilli lider tərəfindən miraqs qoyulmuş azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və ölkəni öz vətəni hesab edən bütün etnik qruplar üçün ideyadır. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev istər ölkədə yaşayan azərbaycanlılar, istərsə də dünyadakı azərbaycanlılar üçün azərbaycançılıq ideyasının əsasını qoyur. Azərbaycançılıq ideyasının kökündə unitar, hüquqi və demokratik dövlət kimi xalqın milli kimliyi, ölkəni fiziki və mənəvi təzyiqlərdən qorumaq, Azərbaycanın möhkəmlənməsi və inkişafı dayanır.
Ölkənin taleyi həll olunan zaman Azərbaycanın müdrik oğlu xalqa sadiqliyini nümayiş etdirdi. Öz liderinin ərafında toplaşaraq azərbaycanlılar ölkəni problemlərin dərin burulğanından çıxarmağa müvəffəq olur. 1988-1993-cü illər ərzində altı rəhbərin dəyişdiyi ölkəni süqutdan Heydər Əliyev xilas edir. O, iqtisadiyyatı bərpa edərək vətəndaş hüququ cəmiyyəti yaradır.
Heydər Əliyev hesab edirdi ki, xalqı dil, milli-mənəvi dəyərlər kimi heç nə birləşdirə bilməz. O, istəyirdi ki, ölkədə və dünyada yaşayan bütün azərbaycanlılar bir-birinə həmrəy olsun, bir-birinə kömək etsin, adət-ənənələrinə sadiq olsun.
Əliyevin ən güclü silahı – xalqla ünsiyyət qurmağı idi
Heydər Əliyevin dərin intellekti, fenomenal yaddaşı, iradi keyfiyyətləti ilə bağlı çox sözlər deyilsə də, onun ən güclü silahı xalqla ünsiyyət qurmaq bacarığı idi.
Həssas psixoloq və diplomat olmaqla yanaşı o, həmsöhbəti ilə ünsiyyət zamanı xırda nüansları tutmağı da bacarırdı. Heydər Əliyevin əsas diqqət mərkəzində Azərbaycan dili dayanırdı. Heydər Əliyev Azərbaycan dilinə dövlət statusu verilməsinə, bunun 1978-ci il konstitusiyasında əksini tapmasına nail olur. O dövrlər üçün bu addım qəhərəmanlığa bərabər idi. 2007-ci ildə (ölümündən sonra) Atatürk adına türk dili mükafatına layiq görülür.
Heydər Əliyevlə şəxsi görüşlər – qəlbdə həmişəlik iz buraxıb
Fəxrlə qeyd edim ki, dəfələrlə dahi insanla görüşmək və onun qarşısında çıxış etmək şərəfinə nail olmuşam. Məhz Heydər Əliyev mənim namizədliyimi təsdiqləyərək, Bakı partiya məktəbində təhsil almağıma imkan verdi. Onunla Yaltada görüşümdən sonra, o zamanlar diasporanın fəal üzvü kimi, “Xalq qəzeti”nin jurnalisti olaraq, Ukrayna prezidenti yanında Milli İdarəçilik Akademiyasının dinləyici kimi öz məqalələrimi ona göstərdim. “Heydər Əliyev portretinə ştrixlər” (ukrayna dilində) kitabından sonra o, mənim namizədliyimi ozamankı Xarici İşlər Nazirliyinin diplomatı vəzifəsinə tövsiyyə etdi. Buna görə də özümü onun tələbəsi hesab edirəm.
Hakimiyyətin yeganə mənbəyi – xalqdırİstedad və iradə – Əliyev şəxsiyyətinin aparıcı keyfiyyətidir. Hər şeydən əvvəl özünə qarşı – yüksək təşkilatçılıq və tələbkarlıqla yanaşırdı. Siyasətçilər və jurnalistlər bəzən onu “hakimiyyət ustadı” adlandırırdı. Buna cavab olaraq Əliyev gülümsünərək cavab verirdi “hakimiyyətin yeganə mənbəyi var, o da xalqdır”. Onun siyasi ustalığı və uzaqgörənliyini onun fikrincə, xalqın etibarında axtarmaq lazımdır. Xoşbəxt sabaha ümid. Müharibəsiz, qaçqınsız, doğma torpağıdan, qəlbində sülhlə və evində çörəklə yaşamaq ümidi. Heydər Əliyevə inamın mahiyyətində bu ümid dayanır...
Hər kəsin sevgisini qazanaq üçün yalnız yaxşı siyasətçi olmaq kifayət deyil, həmçinin ümumi insani keyfiiyyətlərə də sahib olmaq lazımdır. Heydər Əliyev heç vaxt insanlara yerinə yetirilməmiş vədlər verməzdi. Onun əsas keyfiyyətləri dürüstlük və güclü iradə, özünə qarşı tələbkarlıq, qarşısındakını dinləmək idi.
İnsanı əməlləri yüksəldir
İnsanı əməlləri dahi edir. Böyük işlər görmək üçün insanlarda yüksəkdə deyil, xalqla bərabər olmaq lazımdır. Heydər Əliyev xalqla bərabər ağır müstəqillik yolu keçib, Azərbaycanın quruculuğunda xalqla çiyin-çiyinə mübarizə aparıb. Onun qəlbi milyonlarla azərbaycanlının qəlbi ilə birgə döyünüb. O, yalnız öz dövrünün qəhrəmanı deyildi, o dövrünün dahi şəxsiyyəti idi. Heydər Əliyev hər zaman Azərbaycanın ən hörmətli və məşhur siyasətçisi və diplomatı olub.
Heydər Əliyev Fondu onun vəsiyyətlərini yerinə yetirir
Heydər Əliyev Fondunun fəaliyyəti onun azərbaycançılıq ideyalarından qaynaqlanır. Yarandığı ilk gündən xalqın milli-mənəvi mədəniyyətinin təbliğatına və inkişafına yönəlmiş nəhəng işlər görür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bəşəriyyətin qurtuluşunda milli-mənəvi ideyaların ictimai dərkinə yönəlib.
Heydər Əliyev Fondunun fəaliyyəti elm, təhsil, mədəniyyətin inkişafı, səhiyyə, idman, gənc nəslin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi Heydər Əliyev ideyalarını əhatə edir.
Əsrlər boyu Azərbaycanın incəsənət, ədəbiyyat, musiqi, tarixi və memarlıq abidələri humanizm, gözəllik və mənəvi dəyərlərin simvolu olub. Bu dəyərləri daşıyanlar da hər zaman xatirələrədə yaşayacaq. Heydər Əliyev də həmin insanlardan biridir.
“Yüksək mədəniyyətə sahib xalq hər zaman irəli gedərək yaşayacaq və inkişaf edəcək”, - Heydər Əliyev buna əmin idi.
Azərbaycanın xarici siyasət kursunun formalaşması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin dövlətçilik kursunun kökündə tarixi əhəmiyyət var. Burada daxili və xarici siyasət həmahənglik təşkil edir.
İlham Əliyev – ümummilli liderin layiqli davamçısıdır
... Adətən dahi şəxsiyyət haqqında danışarkən onun həyatı boyu gördüyü işləri əsas götürürsən. Heydər Əliyevin gördüyü işlər onun ömür payından kənara çıxaraq, ölümündən sonra da davam edir. Hansı dövrdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq Heydər Əliyev hər zaman öz xalqının inkişafı və maraqları üçün işlər görüb. Buna görə də onun işləri ölümsüz, siyasəti isə dünən bitməyib və sabah da bitməyəcək.
Azərbaycanın hazırki prezidenti İlham Əliyev onun layiqli davamçısıdır. İlham Əliyev ümummilli liderin balanslaşdırılmış siyasətini davam etdirmək, dəqiq strategiya yürüdür. Bu gün Azərbaycan xalqı öz nailiyyətləri ilə fəxr edərək, dünya iqtisadiyyatı və mədəniyyətinə öz töhfələrini çatdırır.
Siyasətdə az adam tapılar ki, siyasət Olimpinin zirvəsində bu qədər uzun müddət dayana bilsin, həmçinin milyonlarla insanın qəlbində xoş iz buraxa bilsin. Dövlət idarəçiliyində səmərəlilik və müdriklik, uzaqgörənlik və peşəkarlıq, qətiyyət və yenilik – şübhəsiz ki, bu keyfiyyətlər Heydər Əliyevə siyasi zirvəni fəth etməyə kömək etdi.
Heydər Əliyevin həyat yolu – hər bir azərbaycanlı üçün nümunədir
... Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, minnətdar insanlar həmişə onun haqqında millətin atası, ümummilli lider, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar. Onun adı ölümsüzdür, o, artıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Onu hər zaman xatırlayacaqlar, onun haqqıda filmlər çəkiləcək, kitablar yazılacaq, onun adı ilə küçələr, məktəblər, meydanlar salınacaq.
O, hər zaman insanların qəlbində yaşayacaq. Heydər Əliyevin həyatı hər bir azərbaycanlı üçün nümunə olduğu üçün onu öyrənmək lazımdır.
16 il öncə siyasi şöhrətinin zirvəsində, dahi rəhbər və müdrik insan Heydər Əliyev həyatdan köçdü. Lakin o, hər zaman ideyaları ilə bizimlə qaldı.
... Onun missiyası xilskarlıq missiyası idi. Heydər Əliyevin dahi ideyaları, onu tərəfindən qurulmuş respublika daim yaşayacaq...
Bağır ASLANOV,
Füzuli rayon icra başçısının birinci müavini.