Bütün xəbərlər

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələr fəth edəcək

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələr fəth edəcək

Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayevlə MÜSAHİBƏ


- Şəmsəddin müəllim, müasir tariximizə nəzər saldıqda məhşur bir aforizm bir daha öz təsdiqini tapır: Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri var. Azərbaycanın inkişafının Heydər Əliyev dövrünü necə xarakterizə etmək olar?

- Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bu fikrini xatırlamaqla Onun Azərbaycan dövləti, xalqı qarşısında xitdmətlərinin miqyasının nə qədər geniş olduğunun aydın ifadəsini yaratmış oluruq. Dahi şəxsiyyət bildirmişdir: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!»

Hər zaman təkrar da olsa, bu fikri qeyd etməyi özümüzə borc bilirik ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurların təməli oldu. Milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan 15 iyun 1993-cü il xalqı məşəqqətlərdən qurtaran qayıdış günü oldu. O gündən etibarən müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, süverenliyimizin etibarlı qarantı oldu. Ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi dünyada günəş kimi parlayır. Hər bir Azərbaycan vətəndaşı müstəqillik yolumuzun heç də hamar olmadığını dərk etməli, tarixi paralellər fonunda ölkəni, xalqı inkişafa, tərəqqiyə aparan liderin rolunu düzgün dəyərləndirməlidir.

Daim vurğulandığı kimi, böyük şəxsiyyətlərin ömrü onların yaşadığı illərlə ölçülmür. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bir siyasətçi, dahi dövlət xadimi kimi ömrü, dövlətimiz, xalqımız qarşısındakı xidmətləri yaşadığı illərə sığmır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, görülən işlər və onun uğurları Heydər Əliyev ideyalarının təntənəsidir. Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dövlət müstəqilliyini möhkəmləndirdi, bir dövlət olaraq varlığını təsdiqlədi. Heydər Əliyevin zəngin irsi Azərbaycan cəmiyyətinin milli-mənəvi zənginliyini, dəyərlər sistemini təşkil edən möhkəm bazadır. Dahi şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Bütün bunların hamısı bir daha bu fikri söyləməyə əsas verir ki, Azərbaycanın dünənki inkişafı ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdırsa, bugünkü, gələcək yüksəlişi də Onun ideyalarına əsaslanır. Bütün ömrünü doğma Vətəninin xoşbəxtliyinə həsr edən, Azərbaycana sonsuz məhəbbət bəsləyən Heydər Əliyevə xalqımızın sevgisi sonsuzdur və yalnız onu özünün ümummilli lideri kimi qəbul edir. Onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Təbii ki, bir sual çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərindən bəhs etmək qeyri-mümkündür. Bu gün adı dünyann 10 xoşbəxt ölkəsi sırasında çəkilən, iqtisadi möcüzələr ölkəsi kimi tanınan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Onun uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü uğurlara geniş yol açdı. Məhz bu uğurların nəticəsidir ki, Azərbaycanı yaxın 10 ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruq. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. 1994-cü ilin 20 sentyabarında imzalanan «Əsrin müqaviləsi»nin ötən il 20 illiyi ərəfəsində «Cənub» Qaz Dəhlizinin təməlinin qoyulması mərasiminin keçirilməsi də uğurlarımızın davamlılığından qaynaqlanır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, hazırda Azərbaycanın iştirakı olmadan, bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmiz etibarlı tərəfdaş kimi dünya birilyində yeri və rolunu möhkəmləndirir. Təbii ki, bu uğurlarımız qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinə, ideyalarına əsaslanır. Dahi şəxsiyyət bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Məhz Azərbaycan güclü, qüdrətli iqtisadiyyatı ilə bu gün dünyanın diqqətindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycanı müstəqil, qüdrətli, zəngin ölkə kimi görmək istəyən dahi şəxsiyyət Heydər Əliyev bunun üçün möhkəm təməli, bazanı məhz hakimiyyətinin birinci dövründə yaratmışdır. Ümummilli lider həmin dövrün uğurlarını belə şərh etmişdir: «O dövrdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələlərini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.»

Məhz ulu öndərin bu fikirləri fonunda bu reallığı böyük inam və qətiyyətlə bildiririk ki, 1993-cü ildən inkişaf, tərəqqi yoluna çıxan Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirməklə böyük gələcəyə doğru inamla addımlayır.

- Prezident İlham Əliyevin siyasətində İslam həmrəylinin gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Nəinki, Azərbaycan xalqı, eləcə də bütün İslam dünyası cənab İlham Əliyevin bu yöndəki səylərini yüksək dəyərləndirir...

- İslam dini bizim xalq kimi formalaşmağımızda çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk xalqlarının mütləq əksəriyyətinin xalq kimi formalaşmasında İslam dini mühüm rol oynayıb. Müasir dövrdə də Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində vacib rol oynayır. Azərbaycan inkişaf etmiş dövlətdir və müsəlman dünyasına qarşı hər hansı konyunktur müdaxilələr olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda, müsəlman olduqlarına görə insanlara harda terror damğası vurulursa, Azərbaycan bu yanaşmaya qarşı çıxır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq İslam təşkilatlarında da biz fəal iştirak edirik. Eyni zamanda, biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya bərpa olunub. Bunların hamısı müasir dövrdə real olaraq dinimizə münasibətimizdir.

Prezident İlham Əliyev 2017-ci ili «İslam həmrəyliyi ili» elan etməklə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir.

Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikinci isə, İslamın dünyada yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humansit münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur.

- Necə hesab edirsiniz, Prezident İlham Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsində azərbaycançılıq ideologiyasının yeni mərhələdə uğurla davam etdirilməsi nə dərəcədə rol oynayır?

- Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur.

O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz illərlə necə məskun olmuşdursa bu gün də məskundur. Ona görə də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir.

Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət- ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani bir ehtiyacdır.

Bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsi nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri cənab İlham Əliyevi dəstəyləyir və Onu öz liderləri kimi qəbul edirlər.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malik olan etibarlı tərəfdaş kimi tanınır...

- Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasət ölkəmizi irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək nüfuzunu ifadəsi, həyata keçirdiyi praqmatik siyasətin sənərəliliyinin göstəricisidir. Bu, hər şeydən əvvəl, xarizmatik lider olan möhtərəm Prezidentimiz İlham Əliyevin əməyinin nəticəsidir.

- Azərbaycanın prinsipial mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də müşahidə edilir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini cəsarətlə nümayiş etdirir. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev Azərbaycanın inkişafı, sabitlik adası kimi beynəlxalq aləmdə mövqeyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməklə yanaşı, ölkəmiz üçün bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə prinsipial siyasət həyata keçirir. Ölkəmizin başçısı dəfələrlə bu barədə Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyini məğrurluqla ifadə edib. Dünya dövlətlərinin, təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin bəyan edilməsi Azərbaycan diplomatiyasının uğurudur.

Əlbəttə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda həyata keçirilən prinsipial siyasət, hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz nəticələrini göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın prinsipial mövqeyi fonunda Ermənistanın qeyri-konstruktiv mövqeyinin, status-kvonun qorunması cəhdlərinin davam etməyəcəyi qənaətini ifadə edirlər. Bu qənaət 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun təxribatçı Ermənistan ordusu üzərində şanlı qələbəsindən sonra daha da möhkəmləndi. Aprel döyüşlərinin nəticəsi ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək, işğal edilmiş torpaqları azad etmək əzmi və gücündə olduğunu göstərdi. Aprel döyüşlərinin nəticəsində işğaldan azad edilmiş kəndlərimizdə həyatın canlanması, yaşayışın bərpa olunması istiqamətində müvafiq tədbirlər görülüb, soydaşlarımızın Cocuq Mərcanlıda məskunlaşması fonunda Böyük Qayıdışın əsası qoyulub. Bu, məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Ümumiyyətlə, İşğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpası ciddi mənəvi-psixoloji üstünlük əldə etməyə imkan verir. Azərbaycan dövləti işğal edilmiş əraziləri azad etmək əzmində olduğunu göstərir, xalqımız, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər həyata keçirilən tədbirləri - bu qətiyyətli mövqeyi böyük ruh yüksəkliyi ilə qarşılayır. Azərbaycan xalqı əmindir ki, işğal edilmiş ərazilərimiz Prezident İlham Əliyevin uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində düşmən tapdağından azad ediləcək, Prezidentimizin quruculuq siyasəti nətəcəsində bu yurdlarda əmin-amanlıq bərpa olunacaq, abadlıq işləri aparılacaq. Öz Prezidenti ətrafında sıx birləşən Azərbaycan xalqı bundan sonra işğal altında olan torpaqlarımızın Ali Baş Komandanımızın ali siyasi iradəsi və yüksək şücaəti əsasında Ordumuz tərəfindən azad ediləcəyinə böyük inam bəsləyir. Bu inam əbəs yerə deyil, çünki Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu dəfələrlə nümayiş etdirib.

- Mühüm məqamlardan biri ölkə başçısı tərəfindən qaçqınlar və məcburi köçkünlərə yüksək diqqət və qayğının göstərilməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik…

- Azərbaycan işğal altında olan torpaqlarını azad etmək qüdrətində olmaqla yanaşı, işğal nəticəsində didərgin düşmüş insanların öz yurd-yuvalarına qayıtması istiqamətində qətiyyətli addımlar atır. Bu, həm də dövlətin qaçqınlar və məcburi köçkünlərə olan münasibətini, yüksək diqqət və qayğısını ifadə edir.

Ümumiyyətlə, son 15 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Dövlətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhali doğma yurda qayıtmaq arzusu ilə yaşayır, buna inanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərə xüsusi qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb. Bütövlükdə, dövlətimizin başçısının hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlaması Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir.

- Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir. Şəmsəddin müəllim, Azərbaycanın bu yüksək perspektiv inkişafı ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Son zamanlar bir sıra regionlarda baş verən hadisələr xoşagəlməz hadisələr onu göstərir ki, xarici qüvvələrin gizli əli ilə qarışan ölkələrin bu cür hallardan uzaq durub Azərbaycan kimi öz sabit, davamlı inkişaf yoluna davam etməsi üçün öz vətənini sevən, onun dəyərlərinə hörmətlə yanaşan qətiyyətli lider və onun həyata keçirdiyi inkişaf kursuna ümumxalq dəstəyi zərurətdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz belə bir tarixi missiyanı yerinə yetirir. Cəmiyyətimizin sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə etdiyi yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini ildən-ilə artırır. Vətəndaşların güzəranı gündən-günə yaxşılaşır. Əhalinin sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədlər reallığa çevrilir. Bu strateji kurs daxili ictimai-siyasi sabitliyin və ardıcıl tərəqqinin təməli rolunda çıxış edir. Eyni zamanda, Azərbaycandakı ictimai-siyasi sabitlik mühiti, vətəndaşların dövlətə, dövlət rəhbərliyinin həyata keçirdiyi islahatlar kursuna dəstəyi Azərbaycanın milli dövlətçilik tarixində yeni inkişaf səhifələri açır. Uğurlar biri-birini əvzəzlədikcə sabaha inam daha da artır, yeni-yeni hədəflər gündəmə gəlir, onların gerçəkləşdirilməsi üçün səylər göstərilir. Hər bir uğurlu addım üçün stimul olmalıdır. Bu stimul, təbii ki, dövlətimizin uğurlu siyasəti, xalq tərəfindən dəstəklənməsi, bir sözlə, xalq-iqtidar birliyinin sarsılmazlığıdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində Azərbaycanla bağlı xoş, reallığı özündə əks etdirən fikirlərin yer alması, dövlətimizin siyasətinin alternativsizliyinin bəyan edilməsi də bugünkü uğurlarımıza, təkmil islahatlara, gələcəyə hesablanmış inkişaf strategiyamıza əsaslanır.

Nəticə etibarilə, müstəqil Azərbaycan dövləti, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. Azərbaycan milli dövlətçilik tarixinin heç bir mərhələsində indiki qədər qüdrətli olmayıb. Bu inkişafı, sabitliyi, tərəqqini təmin edən amil ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bütün bunlara görə Azərbaycan xalqının alternativsiz seçimi məhz cənab İlham Əliyevdir. Fürsətdən istifadə edib ulu öndərin layiqli davamcısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

AZERİNFORM.AZ
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

SUMQAYIT ŞƏHƏR 3 SAYLI POLİKLİNİKADA ŞIDIRGI BAZAR - Səhiyyə nazirliyi hara baxır?
SİZ DƏ TANIYIN: “Yeni şans”ın şansı gətirməyən "BAŞ REDUKTURU" - Gurşad Buxara oglu Vəliyev əslində KİMDİR?
Xəstələr «Əhmədli» Klinikasındakı qiymət bahalığından fəryad edir
BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətxorluğun həddi-hüdudu bilinmir – ŞOK İTTİHAMLAR
ELXAN YAQUBOV: "Bioloji təbabət orqanizmə zərər vurmadan xəstəni müalicə edir"
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır