Dövlət diqqət və qayğısı sayəsində təhsil yüksək inkişaf dövrünü yaşayır...

13:51 5.04.2017 3 362
Dövlət diqqət və qayğısı sayəsində təhsil yüksək inkişaf dövrünü yaşayır...
Tədris prosesinin aparılmasını təşkil etmək, tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmləndirilməsini, laborator-praktiki məşğələlərin yerinə yetirlməsini təmin etmək üçün kollecin aşağıda göstərilən maddi- texniki bazası vardır. Kollecin 3 mərtəbəli tədris binası, onun yanında ona perpendikulyar şəkildə tikilmiş bir mərtəbəli binası vardır. Burada "Analitik kimya" laboratoriyası və "Texniki mexanika" kabineti yerləşir. Birmərtəbəli binadan sonra inşa edilmiş və onunla bir planda yerləşdirilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində iclas zalı, çilingər-mexaniki emalatxanası, idman oyunları otağı, ikinci mərtəbəsində isə kimya laboratoriyaları yerləşir. Əsas tədris binasının 3 mərtəbəsində 8 laboratoriya, 17 fənn kabineti və 24 auditoriya vardır. Kollecin həyətində yaşıllıq zolaqları, fiziki tərbiyə və gənclərirn çağırışaqədərki hazırlıq dərslərini keçmək üçün 2 açıq idman kompleksi, güllə atmaq üçün 25 metr uzunluğu 3,5 metr eni olan örtülü tir vardır. Yardımçı tikililərdə xarrat emalatxanası, kollecə məxsus olan yük maşınını saxlamaq üçün qaraj, müxtəlif anbarlar, fəaliyyət göstərən hamam yerləşir. Əsas binanın üçüncü mərtəbəsində fondu 3000-ə yaxın kitab təşkil edən, texniki, iqtisadi və bədii ədəbiyyətları olan kitabxana, birinci mərtəbəsində sahəsi 300m olan, avadanlıqla təchiz olunmuş yeməkxana vardır.
Dövlət diqqət və qayğısı sayəsində təhsil yüksək inkişaf dövrünü yaşayır...
Uğurlu təhsil strategiyası, islahatlar, qəbul edilmiş proqram, qərar və sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, nailiyyətlər qazanılmasında həlledici rol oynayıb. Görülmüş tədbirlər nəticəsində milli təhsilimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, müasir tələblər səviyyəsində yenidən qurulub, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb.
Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə orta ixtisas müəssisələrinin fəaliyyət göstərməsi də xüsusi önəm daşıyıb. Sumqayıtda yerləşən ümumtəhsil müəssisələrinin tələbatları ilə əlaqədar olaraq 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılan Sumqayıt Dövlət Texniki Kolleci bu baxımdan mühüm əhəmiyyət kəsb edib.
Adıçəkilən təhsil müəssisəsinin direktoru Mətanət xanım Piriquliyevanın dediklərinə görə, Sumqayıt Dövlət Texniki Kolleci uzun illər bütövlükdə ölkənin ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil ocağı kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl pedaqoji kollektivlərindən birinə çevrilib.
Ötən son bir il ərzində kollecin fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Təhsil Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində kollecdə əvvəllər mövcud olmuş çatışmazlıqlar aradan qaldırılıb, tədrisin keyfiyyəti xeyli yüksəlib. İlk növbədə, kollektivdə təlim-tərbiyə sahəsində şəffaflıq və obyektivlik, sağlam ab-hava yaradılıb. Direktorun dediyi kimi, tələbə-müəllim münasibətlərində qarşılıqlı inam başlıca meyara çevrilib. Kollecdə zəruri ehtiyac yarandığı təqdirdə dərslərdə və imtahanlarda valideynlərin iştirakı təmin olunur. Necə deyərlər, nəticədən müəllimlər də razı qalır, tələbələr də, valideynlər də...
Əlbəttə, bütün bunlar kollektivdə nizam-intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın artırılması hesabına mümkün olub. Bir sözlə, indi burada hər kəs məsuliyyətlə çalışır, layiqli pedaqoji kadrlar hazırlanması üçün əlindən gələni əsirgəmir.
Kollecdə tədrisin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. Təhsil müəssisəsinin yerləşdiyi uyğunlaşdırılmış tədris korpuslarında bunun üçün hər cür şərait yaradılıb. Təhsil ocağında fənn kabinetləri, laboratoriyalar yeni avadanlıq, inventar və kompüterlərlə təchiz olunub, otaqlarda monitorlar quraşdırılıb. Burada müxtəlif idman növü ilə məşğul olmaq üçün müasir tipli idman kompleksi istifadəyə verilib. Tədris prosesinə monitorlar vasitəsi ilə eyni vaxtda nəzarət etmək mümkündür. Bundan əlavə, müəssisənin həyətindəki istirahət parkında müəllim və tələbələrin asudə vaxtlarının səmərəli keçirmələri üçün nümunəvi şərait yaradılıb.
Bütün bunların nəticəsidir ki, kollecin nüfuzu ilbəil yüksəlir. Təsadüfi deyildir ki, təhsil müəssisəsində hazırda Bakı şəhəri daxil olmaqla, respublikamızın bir çox bölgələrindən tələbələr təhsil alır. Eyni zamanda kolleci bitirən kadrlara hər yerdə hörmətlə yanaşılır və böyük etimad göstərilir. Məzunlar təhsil aldıqları müəssisənin adını daim layiqincə doğruldurlar.
Mətanət xanım Piriquliyevanın söhbətinin davamında bildiridi ki, kollecdə təlim-tərbiyə sahəsində qazanılan uğurlarda keçirilən mədəni-kütləvi tədbirlərin də təsiri böyükdür. Tarixi günlər, bayramlar, əlamətdar hadisələrlə əlaqədar təşkil olunan mərasimlər, ədəbi-bədii gecələr, konsert proqramları, konfranslar, yaradıcı insanlarla görüşlər bu baxımdan diqqəti çəkir.
Dövlət diqqət və qayğısı sayəsində təhsil yüksək inkişaf dövrünü yaşayır...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir