"Müəllim öz davranışı, səliqə-səhmanı, mədəniyyəti, başlıcası isə ziyalılığı ilə başqalarına nümunə olmalıdır."

09:57 30.03.2017 2 235
"Müəllim öz davranışı, səliqə-səhmanı, mədəniyyəti, başlıcası isə ziyalılığı ilə başqalarına nümunə olmalıdır."
Tarixən müəllim adının həmişə uca tutulduğu, müəllimin mənəvi ata hesab olunduğu ölkəmizdə ənənələri bir xələf borcu kimi yaşadan və davam etdirən, qazanılmış təcrübəni öz əməlləri ilə daha da zənginləşdirən, əsl xalq müəlliminə xas keyfiyyətlərə sahib, yüksək biliklərinə, savadlarına, dünyagörüşlərinə görə cəmiyyətin öncül dəstəsi kimi qəbul edilən pedaqoqlar nəsli fəaliyyət göstərib. Onlar həmişə müəllim adını, şərəfini uca tutmuş, öhdələrinə götürdükləri müqəddəs müəllimlik missiyasını ləyaqətlə yerinə yetirmiş, bütün ömürlərini balalarımızın təlim-tərbiyəsi, cəmiyyətə layiq vətəndaşlar kimi yetişdirilməsi yolunda şam kimi əritmiş, geniş əhali kütlələrinin maarifləndirilməsi naminə var qüvvələrini sərf etmiş, bununla da təhsilimizin inkişafına, yüksək intellektli cəmiyyətin formalaşmasına öz dəyərli töhfələrini vermişlər.
Belə müəllimlərimizdən biri də həyatını bu müqəddəs peşəyə həsr etmiş, öz peşəkarlığı, halallığı, vətənə, xalqa bağlılığı ilə tanınan BAKİ ŞƏHƏRI 154 saylı tam orta məktəbın dırektoru Əli Əliyevdir.

Müəllim həyatı daim yaradıcılıq, yorulmadan düşünüb-daşınmaq, uşaqlara məhəbbət, işdə hədsiz sədaqət tələb edir. Müəllim böyüməkdə olan nəsillərin tərbiyəsi sahəsində öz fədakar, cəfakeş əməyi ilə xalqın dərin minnətdarlığını və hörmətini qazanmışdır.
Haqqında danışmaq istədiyim Əli Əliyev Azərbaycan təhsilinin yenidən qurulması ilə əlaqədar müəllim əməyini yüksək qiymətləndirir və yaxşı bilir ki, hər bir pedaqoq məktəbin canı, yeni təfəkkür dünyamızın açarı, qan yaddaşımızın bilicisidir. Bunları əsas götürən Əli müəllim öz bilik və bacarığını şagirdlərdən əsirgəmir, daimi yaradıcı axtarışlar aparıb pedaqoji təcrübəsini zənginləşdirir.
Əli müəllim deyir ki, bizim ən başlıca vəzifəmiz, əsas məqsədimiz milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin müstəqil şəxsiyyət kimi formalaşdırılması, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək şagirdlər yetişdirməkdir. Şagirdlər vətənpərvərlik, səmimilik, dözümlük, tolerantlıq, xalqa məhəbbət duyğuları tərbiyəsi ilə yaşamalıdırlar.
Əli Əliyev: "Müəllim öz davranışı, səliqə-səhmanı, mədəniyyəti, başlıcası isə ziyalılığı ilə başqalarına nümunə olmalıdır."
Məktəbdə olduğumuz zaman müşahidə etdik ki, kollektivdə möhkəm, qarşılıqlı hörmət, nizam-intizam hökm sürür, müəllim-şagird-valideyn münasibəti yüksək səviyyə də qurulub. Əli müəllim bildirir: "Eşitdiyim , oxuduğum gündəlik məlumatları şagirdlərlə bölüşürəm. Ümumiyyətlə hər fənnın özünə məxsus gözəllikləri və özəllikləri vardır. Bəli, hər bir fənn maraqlıdır, amma, onu daha maraqlı müəllim edir.İlk növbədə müəllim tədris etdiyi fənni gözəl bilməli, aydın və səlis nitqi ilə, şagirdlərə çatdırmağa çalışmalıdır. Belə olduqda, şagirdin də həmin fənnə marağı artır və ona qaranlıq qalan məqamları sual-cavab vasitəsi ilə müəllimdən öyrənir. Bir də müəllim keçdiyi hər hansı mövzu barədə şagirdlərə 45 dəqiqə ərzində eyni tərzdə, eyni ahənglə danışmamalıdır. Odur ki, müəllim arada mövzudan kənara çıxmaqla əlavə misallara üstünlük verməlidir. Dərsin əvvəlində və sonunda mövzu ilə əlaqədar və ümumiyyətlə, mövzudan kənar sual vermələri şagirdlərin fənnə olan marağından və bu sahədə daha çox bilik əldə etmək istəklərindən xəbər verir.
Şagirdlərimiz tez-tez sinifdənkənar tədbirlərə qatılırlar, muzeylərə, şəhərimizin görməli tarixi yerlərinə ekskursiyaya çıxırlar. Bu da şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə, dünyagörüşünün formalaşmasına, Respublikamızın tarixi, iqtisadiyyatı və zəngin sərvətləri barədə məlumatlarının genişlənməsinə stimul verir.
Sonda Əli müəllim bildirir ki, müəllim öz davranışı, səliqə-səhmanı, mədəniyyəti, başlıcası ilə ziyalılığı ilə başqalarına nümunə olmalıdır. Bir sözlə müəllim geyimdən tutmuş hər bir gördüyü işi gözəl olmalıdır. Bir də müəllim ailəcanlı olmağı, övlad böyüdüb, erkən yaşlardan uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmalı, onların təhsil almalarına, hər hansı peşəyə yiyələnmələrinə nail olmalıdır. Müəllim daim üzərində çalışmalı, sabahla yaşamalı, yeniliklərdən bəhrələnməli, hər gün bilib-öyrəndiklərini şagirdlərinə çatdırmalıdır.
Bəli, dogrudan da Əli Əliyev layiqli insanalara dəyər verməkdən zövq alır. Ona tapşırılan işləri yüksək peşəkarlıqla və böyük operativliklə icra edir.
Bunun sirri isə çox sadədir. Dövlətçiliyimiz və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmaqdır.
Biz də ona işlərində yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir