Qəbələdə vergi ödəmədən repetitorluq edən MÜƏLLİMLƏR - ARAŞDIRMA

23:49 7.12.2023 3 129

Azerinform.az-ın vatcapp səhifəsinə daxil olan məlumatda bildirilir ki, Qəbələ şəhərində fəaliyyət göstərən tam orta məktəblərin birində riyaziyyat müəllimi Gülmirə Yusufova dövlətin heç bir vergisini ödəmədən repetitorluq edir. Onun heç bir VÖEN-ü yoxdur və şakirdlərdən pul alarkən onlara hec bir qəbz verilmir.

Qeyd edək ki, yeni dərs ilində imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər yenidən aktuallaşıb. Bəs repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir? “Vergiler.az”ın sualına vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirib.

Repetitor - haqqı valideynin hesabına ödənmək şərtilə şagirdə tək və ya qrup halında dərs verən müəllimdir.

Repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar.

Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır.
Həmçinin “Sosial sığorta haqqında” qanunun 14.5.1 maddəsində qeyd olunub ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının ( 300 manat) tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
- kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

Bundan başqa, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqı (300 manat) məbləğinin 4 faizi həcmində icbari tibbi sığorta məbləği hesablanır.

Misal 1: Ağstafa rayon Həsənsu kəndində repetitor fəaliyyəti ilə məşğul olan coğrafiya müəlliminin ay ərzində şagirdlərdən əldə etdiyi gəlir 1.800 manat olub. Müəllimin fəaliyyəti kənd yerdə olduğu nəzərə alınmaqla ay üzrə aşağıda göstərilən vergi və sosial ödənişləri etməlidir:

- sadələşdirilmiş vergi – 1800 x 2% = 36 manat;
- MDSS – (300 x 25%) x 50% = 37,5 manat;
- icbari tibbi sığorta haqqı - 300 x 4% = 12 manat.

Misal 2: Gəncə şəhərində repetitor fəaliyyəti ilə məşğul olan fizika müəllimi ay ərzində şagirdlərdən 2.500 manat gəlir əldə edib. Onun aylıq vergi və sosial ödənişləri belə hesablanır:

- sadələşdirilmiş vergi - 2500 x 2% = 50 manat;
- MDSS - (300 x 25%) x 90% = 67,5 manat;
- icbari tibbi sığorta haqqı - 300 x 4% =12 manat.

Əməliyyatların rəsmiləşdirilməsinə gəlinsə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:27

YPX Alayının 11-ci tağımının komandiri polis mayoru Qurban Gülməmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO