Hər iki yola Moskva nəzarət edəcək: NƏHƏNGLƏRİN DÖYÜŞÜ BAŞLAYIR

16:42 14.02.2017 2 019
Hər iki yola Moskva nəzarət edəcək: NƏHƏNGLƏRİN DÖYÜŞÜ BAŞLAYIR
Suriyada təhlükəsiz bölgənin yaradılması mövzusunda Türkiyə və Rusiya arasında fikir ayrılıqları var.
Publika.az xəbər verir ki, bu haqda Qətərin məşhur "Əl-Cəzirə" nəşri yazıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Maykl Pompeonun fevralın 9-da Ankaraya səfərində də Suriyada təhlükəsiz bölgənin yaradılması müzakirə olunub. Ankara təhlükəsiz bölgənin yaradılmasını hələ 2013-cü ildə təklif etsə də, keçmiş prezident Barak Obama adminsitrasiyası təklifə müsbət yanaşmayıb. Donald Tramp prezident seçiləndən dərhal sonra təhlükəsiz bölgənin yaradılması barədə Ankaranın təklifinə müsbət yanaşdığını açıqlayıb. ABŞ prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon söhbətində də bu mövzu diqqətdə olub. Türkiyə prezidenti həmkarına təhlükəsiz bölgənin yaradılmasının lazım olduğunu izah edib.
“Əl-Cəzirə”nin əməkdaşı Ece Göksedefin xəbərinə görə, ABŞ-ın hələ dəqiq bir planı yoxdur. Türkiyə “Fərat Qalxanı” əməliyyatında İŞİD-dən təmizlənən ərazidə təhlükəsiz bölgənin yaradılmasını təklif edir.
Rusiya da Suriyada təhlükəsiz bölgənin yaradılması təklifinə müsbət yanaşır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsiz bölgələrin yaradıla biləcəyini, ancaq bunun rejimlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin lazım olduğunu söyləyib.
Rusiyanın təklifi PYD-nin (PKK terror təşkilatının Suriya qanadı hesab edilir) təktərəfli elan etdiyi kantonların da təhlükəsiz bölgəyə daxil edilməsini nəzərdə tutur. Rusiya bununla da “kürd kartı”nı ABŞ-a vermək istəmir.
Türkiyə üçün isə PYD-nin nəzarət etdiyi ərazilərin təhlükəsiz bölgəyə daxil edilməsi qəbuledilməzdir. Ankara hesab edir ki, bu, Suriyanın ərazi bütövlüyünü də təhlükə altına alır.
Ankarada müzakirə edilən varianta görə, Rusiya ilə Türkiyə razılığa gəlməsə, “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-dən təmizlənən bölgədə təhlükəsizlik təmin edildikdən sonra xəstəxana və məktəb kimi binalar yenidən tikiləcək. Ancaq bu halda həm maddi, həm də təhlükəsizliklə bağlı bütün yük Türkiyənin çiyninə düşəcək. Buna görə də hələlik Donald Trampun cavabı gözlənilir.
Eyni mənbələrə görə, Tramp Suriya mövzusunda Türkiyə ilə əməkdaşlıq üçün aprelin 16-da keçiriləcək referendumu (Türkiyədə Konstitusiyaya dəyişikliklər üzrə referendum keçiriləcək –red.) gözləyir. Təhlükəsiz bölgənin yaradılması və Rakka əməliyyatına dair son qərarlar üçün də referendumun nəticələri gözləniləcək.
Vaşinqton həm də Əl-Bab əməliyyatının gedişatını yaxından izləyir. Azad Suriya Ordusunun burada quracağı hakimiyyət həm təhlükəsiz bölgə ilə bağlı planlara, həm Rakka əməliyyatına təsir edəcək.
“Əl-Cəzirə”nin yazdığına görə, birgə Rakka əməliyyatı üçün CİA direktoruna çox dəqiq bir mesaj verilib: “Əvvəl Tel-Abyadda demoqrafik dəyişikliyə icazə verdiniz, daha sonra Menbicdə verdiyiniz sözlərə əməl etmədiniz. YPG (PYD-nin silahlı qüvvələri –red.) mövzusunda etibarı itirdiniz. Rakkada YPG ilə hərəkət etsəniz, Türkiyədən dəstək görə bilməyəcəksiniz. YPG ilə hərəkət etsəniz, Suriyada Ankaranı itirərsiniz”.
Ankaranın təklifi Türkiyə Silahlı Qüvvələri və ABŞ Müdafiə Nazirliyinə bağlı xüsusi təyinatlıların liderliyi ilə ərəb güclərinin Rakkaya girməsinin nəzərdə tutur. Əl-Bab üzərindən Rakkaya çatmaq üçün isə təxminən 200 kilometrlik yol İŞİD-dən təmizlənməlidir. Bu isə bahalı və xeyli vaxt tələb edən əməliyyatdır. Buna görə də Vaşinqtonda hazırda bütün variantlar qiymətləndirilir.
Ankaranın təklif etdiyi planla (Əl-Bab üzərindən Rakkaya hücum) bağlı Rusiyanın mövqeyi əhəmiyyətlidir. Moskvadan mənfi bir mesaj alınmasa da, əslində meydanda vəziyyət fərqlidir.
Əl-Babın cənubunda irəliləyən rejim ordusu həm də şərqə - Menbicə doğru irəliləyir. Hər həftə bir neçə yaşayış məntəqəsini ələ keçirən rejim Əl-Babın cənubundakı yolu da ələ keçirir. Bu vəziyyətdə isə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu bu yol üzərindən Rakkaya irəliləmək üçün Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejimi ilə koordinasiyanı təmin etməlidir.
Türkiyə Silahlı Qüvvələri Əl-Babın qərbindəki Tel-Rıfatda YPG-nin irəliləyişinə maneə olmağa çalışır. Rusiya isə Afrin kantonuna Dəməşqin nəzarət etdiyi bölgə üzərindən dəstəyini davam etdirir. Moskva Ankara ilə Vaşinqtonun birgə əməliyyatına mane olmağa çalışarkən, əslində YPG-nin irəliləyişinin önünü açır.
Rusiyanın YPG ilə əlaqədar diqqətçəkən daha bir addımı bundan ibarətdir ki, fevralın 15-də, yəni Astanada İran-Türkiyə-Rusiya toplantısının keçiriləcəyi gün Moskvada Suriyanın kürd qrupları bir araya gətiriləcək. PYD liderləri Saleh Müslim və Asya Abdullahın da iştirak edəcəyi toplantıda Suriyanın gələcəyi müzakirə olunacaq.
Rusiya daha əvvəllər də Moskvada PYD-nin qatıldığı toplantıları təşkil edib. Son olaraq fevralın 8-də Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Aleksandr Botsan-Harçenko Türkiyədə fəaliyyət göstərən PKK ilə Suriyanın şimalında fəaliyyət göstərən YPG-ni terror təşkilatları olaraq görmədiklərini açıqlayıb.
"Rusiyada bu təşkilatlar rəsmi olaraq terrorçular siyahısında deyil. Bu bir reallıqdır, vəziyyət belədir", - o, rus mediasına açıqlamasında deyib.
Maraqlı məqam bundan ibarətdir ki, Rusiya kürd qüvvələri ilə anlaşa bilərsə, Rakkaya gedən ikinci yol da Moskvanın nəzarətinə düşəcək. Bu halda, Rakka əməliyyatının həyata keçirmək istəyən Türkiyə və ABŞ Rusiya ilə razılaşmalı olacaq.

Politika.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir