Paytaxtın Nərimanov rayonunda yerləşən metalyayma müəssisəsində istehsalat zamanı bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Şamaxı rayonundan olan 1995-ci il təvəllüdlü Əzizov Emin Daşqın oğlu iş görən zaman armatur onun ayağına keçib.
Fəhlə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.