1 manatlıq dönərlər nə ətindəndir?..

16:11 30.03.2017 2 627
1 manatlıq dönərlər nə ətindəndir?..
Ölkədə ətin qiymətinin 10 manatdan baha olduğunu nəzərə aldıqda dönərin 1 manata satılması, təbii ki, şübhəli gəlir.

Maraqlıdır ki, ətin nisbətən ucuz olduğu bir dövrdə dönərlərin qiyməti daha baha idi. Ətin qiymətinin qalxması fonunda dönərin qiymətinin aşağı düşməsi heç bir məntiqə sığmır.
Dönərlərin qiyməti keyfiyyətindən şübhələndirməyə əsas versə də, alıcı kütlə azalmaq yerinə artıb. Ümumiyyətlə, bəzi dönərxanaların yanından keçəndə iylənmiş ət iyini hiss etməmək mümkün deyil.
Bəzi iddialar var ki, dönərxanalarda ölü heyvan və eşşək əti də satılır.
azerinform.az xəbər verir ki, satışda olan dönərin tərkibindəki ətin keyfiyyəti, mənşəyi barəsində iddialara Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ölkə.Az-a aydınlıq gətirib:
“50 qəpiyə də dönər ola bilər. Baxır o ətin mənbəyi nədir, nə ətidir. Ötən həftə TV kanallarla 3-cü mikrorayon bazarında reyd keçirdik. Məlum oldu ki, açıq satışda kiloqramı 4 manata olan təzə ət var. Soruşduq ki, bu nə ətidir? Bildirdilər ki, heyvanın başının ətidir. Hindistandan kiloqramı 3 manata ət gətirilir.
Təzə bazarda dəfələrlə polisin ifşa etdiyi murdar ətlər satılır. Hansı ki, o ətləri sahibindən 50 qəpiyə alırlar. Belə ətlər dönərxanalara gəlib çıxa bilər.
3 il bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırlayıb. Dönərləri şişə taxan, hazırlayan müəssisələr müəyyən olunub. Bu işə cavabdeh dövlət qurumları var. Sadəcə, dövlətin əhəmiyyətli qərarları həyata keçirilmir.
“At əti, eşşək əti, dönərdə var ləzzəti” şeirini Beyləqandan yazıb bizə göndərən adam haqlıdır. Məlumdur ki, qida təhlükəsizliyi haqqında qanun olmadığından təhlükəli qidalar satılır, dönərxanalarda bunlar var”.
Dövlət Statistika Komitəsinin ölkədə 5 min eşşəyin yoxa çıxması ilə bağlı yaydığı məlumatdan sonra ictimaiyyətdə belə bir fikir formalaşdı ki, eşşəklər dönərxanalarda bişirilib, insanlara satılıb.
Bununla bağlı məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, eşşək ətlərinin dönərxanalarda satılması istisna edilmir:
“Dövlət Baytarlıq Nəzarəti Xidməti eşşək ətinin satıla biləcəyini elan edib. Ancaq bunun bir şərti var ki, istehlakçını aldatmayasan, satılan ətin eşşək əti olduğunu yazmaq lazımdır.
Bu mövqe ilə qətiyyən razı deyiləm. Eşşək əti Azərbaycanda yeyilmir. Baxmayaraq ki, 1963-cü ildə ermənilərin dəstəyi ilə bir dəfə Azərbaycanda eşşək ətinin yeyilməsi ilə bağlı rəsmi sənəd var. Bu sənəd bizdə də var. O sənəd bu zamana kimi təkzib olunmayıb.
Bu, o deməkdir ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti o cür mövqe tutanda eşşək əti dönərxanalara verilə bilər. Ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun hazırlanmalıdır.
Ölkə prezidenti yaxın günlərdə fərman imzaladı ki, qida təhlükəsizliyi agentliyi yaradılacaq. Həmin agentlik 2018-ci ildən fəaliyyətə başlayacaq. Agentlik yaradılandan sonra bəlkə vəziyyət dəyişdi”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB