ABŞ prezidenti Donald Tramp Amerikanın Suriyaya girməyəcəyini bəyan edib. “Biz Suriyaya girməyəcəyik”, - deyə Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.
Tramp açıqlamasına heç bir izah verməyib.
ABŞ prezidenti bununla belə Suriya ordusunun bazasına raket zərbəsini endirilməsinin zəruri olduğunu vurğulayıb.
“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.