Fransa “boykotu”na ŞİLLƏ kimi CAVAB

03:45 14.11.2023 4 472
“Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərə dair qərəzli, ermənipərəst mövqeyi Azərbaycan ictimaiyyətində və ölkəmizin jurnalist cameəsində narazılıq və narahatlıq doğurmaqdadır. Bu narazılığın müxtəlif media materiallarında, eləcə də ayrı-ayrı vətəndaşlara məxsus sosial şəbəkə profillərində ifadəsini tapması təbiidir”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında bildirilir.
“Təəssüf ki, dünyanın bəzi media orqanları məsələyə xüsusi rəng qatmaqda, cəmiyyətimizin Fransanın birtərəfli və qərəzli mövqeyindən haqlı etirazlarına qeyri-adekvat məzmun qazandırmaqda və mövcud xüsusda Azərbaycan dövlətini hədəfə almaqda, bütövlükdə respublikamız əleyhinə mənfi beynəlxalq rəy formalaşdırmaqdadırlar. Fransanın dezinformasiya ilə mübarizə qrupunun yaydığı son məlumatın Qərb mediasında tirajlanması da bu cür xoşagəlməz niyyətin göstəricisidir.
Qeyd edək ki, “Reuters” agentliyinin xəbərinə görə, sözügedən qrup 2024-cü ildə Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarının boykot edilməsi istiqamətində fəaliyyət göstərənlər arasında bir azərbaycanlının olduğunu müəyyənləşdirib. Həmin şəxs X sosial şəbəkəsindəki profilində Fransanı qınayaraq bildirib ki, insan hüquqlarının pozulduğu ölkədə Olimpiya oyunlarının keçirilməsi yolverilməzdir. Hazırda dünyada Fransanın qlobal miqyasda apardığı siyasətdən narazılığın artdığı şəraitində bu təşkilatın qərəzli şəkildə yalnız Azərbaycana köklənməsi anlaşılan deyil və son dərəcə bəsit yanaşmanın göstəricisidir.
Əvvəla, hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. İkincisi, hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət məsələləri deyil, fərd anlayışı, o cümlədən istifadəçilərin öz düşüncə və baxışlarını yayması aktualdır. Əgər həmin baxışlarda qaydalara zidd cəhətlər varsa, bunun araşdırılması və müvafiq tədbir görülməsi sosial şəbəkələrin müstəsna hüququdur. Üçüncüsü, sıravi bir sosial şəbəkə istifadəçisinin bölüşdüyü fikirlərin dövlətlə, indiki halda Azərbaycan dövləti ilə əlaqələndirilməsinə cəhdin özü belə olduqca qeyri-peşəkar və bəsit yanaşmadır. Belə təqdimat təsdiq edir ki, Fransanın sözügedən təşkilatı da ölkəmiz əleyhinə aparılan qərəzli təbliğatın alətidir.
Onu da bildirməliyik ki, Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan yarıtmaz xəttinin təkanverici qüvvəsinin məhz Fransa dövləti olması artıq hamıya aydındır. Ölkənin nüfuzlu media orqanları belə təlimatların Yelisey sarayından aldıqlarını gizlətmirlər. Aydın görünür ki, bu addımlarla Fransa dövləti özünün daxili və xarici siyasətdəki uğursuzluğunu, ölkədə hökm sürən ksenofobiya, antisemitizm kimi meylləri, rasizmin getdikcə güclənən təzahürlərini, insan hüquqlarının pozulması hallarının artmasını, habelə neokolonialist  siyasətinin yaratdığı fəsadları pərdələməyə çalışır. Cənubi Qafqaz coğrafiyasında erməni avantürizmini körükləyən, onu maliyyələşdirən, silahlandıran Fransa fəaliyyətinə qloballıq libası geyindirdiyini zənn edir, əslində isə neokolonializm siyasətini növbəti regiona transfer etməklə orada yeni münaqişə ocaqları yaradır. Bu xüsusda Azərbaycanın hədəfə alınması, ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı qərəzli məqamların qabardılması Fransa dövləti adına son dərəcə miskin mənzərə formalaşdırır.
Azərbaycan Mətbuat Şurası belə mənfi təmayülləri qətiyyətlə pisləyir, dünya mediasını Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında iştirakdan uzaq durmağa, həssaslıq nümayişinə, ölkəmizlə bağlı dezinformasiya yayımından, dəqiqləşdirilməmiş, təsdiqini tapmamış məsələləri işıqlandırmaqdan çəkinməyə, əsl həqiqətlərə diqqət yetirməyə çağırır”, - bəyanatda qeyd olunur. 
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir