“Rusiya Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirmək niyyətindədir”.
azerinform.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, münaqişənin hərbi həlli yoxdur: “Rusiya, Fransa və ABŞ prezidentlərinin indiyə qədər verdikləri bəyanatlarda da bu məsələ öz əksini tapıb. Münaqişənin dayanıqlı həllinə nail olmaq üçün indiyə qədər əldə edilən bütün razılaşmalara əməl edilməsi vacibdir. Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentlərini münaqişəni güc tətbiq etməmək, ərazi bütövlüyünün təmin edilməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həll etməyə çağırır”.
Zaxarova əlavə edib ki, münaqişənin həlli ilə bağlı üçtərəfli səylərlə yanaşı, Rusiya Azərbaycan və Ermənistanla sıx münasibətləri nəzərə alaraq, müstəqil səylər də göstərəcək.