Fransa baş diplomatı Bakıdan İrəvana nə apardı - Paris “daşları” yığmağa başlayır?

20:12 28.04.2023 516
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı səfəri başa çatdı. “Yeni Müsavat” xatırladır ki, səfər çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Qonaq həmçinin həmkarı Ceyhun Bayramovla görüşüb. 

Fransa XİN başçısı Bakıdan isə İrəvana gedib, oradan Tiflisə baş çəkəcək. Səfərlə bağlı diqqət çəkən birinci məqam da Kolonanın regiona ziyarəti Azərbaycandan başlamasıdır. Hər necə olmasa, bu, Fransanın bölgədə Azərbaycanın açar rolda olmasını tanıması deməkdir. İkinci maraqlı məqam onun Şəhidlər xiyabanını ziyarət eləməsi, üçüncüsü, Bakının irəli sürdüyü məlum sülh təklifini alqışlaması və Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasının vacibliyini bəyan eləməsi sayıla bilər. 
Ümumiyyətlə, gözlənildiyinin əksinə olaraq, Katrin Kolona Bakıda özünü aqressiv aparmadı. Bütün bunlar Azərbaycana münasibətdə Fransanın artıq “daşları” yığmağa başladığının əlamətləri hesab edilə bilərmi? Fransa XİN başçısı Bakıdan İrəvana nə ilə getdi? 
Onu da yada salaq ki, 44 günlük müharibədən sonra Fransa və ABŞ səfirləri hələ də Şuşaya getməyib. Bu səfərdən sonra tilsim qırıla bilərmi?
Dünən İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədinə gedib. Kolona Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub. “Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir. Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”, - nazir qeyd edib. 
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddəki vəziyyət barədə Fransa XİN rəhbərini məlumatlandırıb. Göründüyü kimi, sərhəddə olan fransız nazir burada da balansı pozmamağa, ümumi ifadələr işlətməyə üstünlük verib. 
Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”
Qabil Hüseynli: “Fransanın mövqeyində cüzi də olsa dəyişiklik olması təsadüfi deyil”
 
Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Fransanın mövqeyində cüzi də olsa dəyişiklik olması təsadüfi deyil. Politoloqun fikrincə, Ermənistan ilyarım ərzində elə hərəkətlər, xüsusən Rusiya ilə münasibətlərdə elə gedişlər edib ki, Qərbi ciddi surətdə narahat etməyə bilməzdi. “Rusiyaya tətbiq olunan sanksiyaların pozulmasında Ermənistan liderliyi ələ alıb. Rəqəmlərlə ifadə etsək, təkcə 2022-ci ildə Ermənistandan Rusiyaya mal göndərilməsi 5, Rusiyadan bu ölkəyə maliyyə köçürmələri isə 7 dəfə artıb. Ermənistanda yeni istehsal sahələri yaranmayıb, bəs bu məhsulları haradan alır? Sözsüz ki, Qərb bazarından idxal edir. Ermənistan Rusiyanın ehtiyac duyduğu malları Qərbdən sifariş edir, sonra öz üzərindən Rusiyaya göndərir. Faktiki tranzit xərcləri və vergi gəlirləri Ermənistana qalır. Eyni zamanda, rusiyalı iş adamlarının Ermənistana axını, bu ölkənin iqtisadiyyatına investisiya qoyması halları dəfələrlə artıb. Nəticə etibarı ilə Qərb sanksiyalarının neytrallaşdırılmasında bu ölkə rol oynamaqdadır”, - deyə Q.Hüseynli vurğuladı. 
Professor hesab edir ki, Avropa bu gedişatı müşahidə edir və Ermənistanın Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasında və Azərbaycanla sülhdə səmimi olmadığını görür: “Ona görə Qərbdən İrəvana təzyiqlər artıb. Əgər Fransa indiki halda belə neytral mövqe tutursa, ABŞ daha sərtdir. Vaşinqton İrəvandan Moskva ilə qeyri-qanuni iqtisadi əlaqələri dayandırmağı, əsas diqqəti Azərbaycanla sülh müqaviləsi imzalanmasına ayırmağı tələb edir. Hətta Ermənistana açıq şəkildə deyilib ki, mayın sonuna qədər Azərbaycanla sülh sazişi bağlanmasa, Rusiya ilə əlaqələr zəiflədilməsə, ona münasibət kəskin dəyişəcək. Beləliklə, Paşinyanın riyakar siyasəti iflasa uğramaqdadır desək, yanılmarıq”. 
Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"
Elxan Şahinoğlu: “Paris vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir”
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun prezidentliyinin ikinci müddətini davam etdirməsinə baxmayaraq, o, Azərbaycana bir dəfə də səfər etməyib, əvəzində iki dəfə Ermənistanda olub. “Halbuki Fransanın Makrondan əvvəlki prezidentləri İrəvana gedəndə Bakıya da təşrif buyurardular. Bu o illər idi ki, Fransa  Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı. Makron prezident seçildikdən sonra bu balansı İrəvanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı. Belə olan halda Fransanın xarici işlər naziri Katrin Kolonanın Ermənistanla yanaşı Azərbaycana səfərə gəlmək qərarını necə izah etmək olar? Görünür, Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır”. 

E.Şahinoğlu hesab edir ki, Makron məhz bu məqsədlə nazirini İrəvanla yanaşı Bakıya da göndərib: “Bizim üçün vacibdir ki, Paris bizi də eşitsin, reallıqları dinləsin. Onu da nəzərə almalıyıq ki, Fransa Avropa İttifaqının iki aparıcı ölkəsindən biridir. Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var. Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir. Bu olmayınca, Fransa kənarda qalacaq”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir