Partiyalarını bağlayıb hara gedirlər - üç sabiq sədrdən mövqe

22:34 27.04.2023 514

2009-cu ildən dövlət qeydiyyatında olan Aydınlar Partiyasından sonra Vahid Azərbaycan Milli Birlik Partiyası da  ləğv olunduğunu elan edib. Elan “Yeni Müsavat” qəzetinin 27 aprel sayında dərc olunub.
Əsası 2008-ci ildə qoyulan Aydınlar Partiyasına Qulamhüseyn Əlibəyli sədrlik edirdi. 1958-ci il təvəllüdlü Qulamhüseyn Əlibəyli hüquqşünasdır. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1992-2008-ci illərdə AXC (1995-ci ildən AXCP) Ali Məclisinin sədri olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
Hacıbaba Əzimovun sədrlik etdiyi Vahid Azərbaycan Milli Birlik Partiyası   1992-ci il noyabrın 28-də keçirilmiş qurultayı ilə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünü siyasi müstəvidə müdafiə etmək məqsədilə təsis olunub. 1993-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. 
VAMBP bəyanatında bildirib ki, fəaliyyət göstərdiyi uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ümummilli və dövlət əhəmiyyətli sənədlər paketi hazırlayıb respublika rəhbərliyinə, beynəlxalq təşkilatlara, siyasi və ictimai qurumlara təqdim edib, dəfələrlə ermənipərəst mövqedən çıxış edən xarici dairələrin Qarabağ problemi ilə bağlı saxta və qərəzli təkliflərinin təslimçi mahiyyətini ifşa edib. “Prezident Ilham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti VAMBP hər zaman dəstəkləyib, verdiyi bəyanatlarda xalqı ölkə rəhbərinin ətrafında sıx birləşməyə çağırıb. Ölkəmizdə ictimai-siyasi proseslər sürətlə inkişaf etməkdədir. Bir çox yeni siyasi və ictimai təşkilatlar meydana çıxıb, eyni zamanda bəzi təşkilatların öz fəaliyyətini dayandırmasına zəmin yaranıb. Bütün bunları nəzərə alaraq Vahid Azərbaycan Milli Birlik Partiyası siyasi təsisat kimi fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, 2023-cü ildə daha 10 partiya fəaliyyətinə son verib: Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Birlik Partiyası, Yeni Yol Partiyası.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir. Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
Partiyasını bağlamış siyasətçilərin bir neçəsi ilə əlaqə saxladıq və bundan sonra nə işlə məşğul olacaqlarını, hansısa partiyaya keçmələrinin mümkün olub-olmadığını xəbər aldıq.
Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik
Abutalıb Səmədov: “Strateji Araşdırmalar Mərkəzi yaratmışıq”
Fəaliyyətinə ilk xitam verən Azərbaycan Naminə Alyans Partiyasının keçmiş sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ANAP fəaliyyətini dayandırandan sonra siyasi ekspert kimi müxtəlif məsələlərə münasibət bildirir: “Ancaq təbiidir ki, planlarımız var.  Onların yalnız birini sizə deyə bilərəm ki, Strateji Araşdırmalar Mərkəzi yaratmışıq və dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Bunun davamı da var. Əvvəlkindən də artıq, daha məhsuldar çalışmaq istəyirəm. Hadisələr də göstərir ki, siyasi partiyalar bu cür qərar verməkdə düzgün addım atıblar. "Mən də partiya sədriyəm" görüntüsü yaratmaqdansa, real işlər görmək lazımdır. Bu reallığı hamı etiraf eləməlidir. Xalq siyasi partiyalara dəstək vermir. Xüsusilə real gücü olmayan partiyaları xalq müdafiə etmir. Dəstəkləmirsə, siyasi partiyalar da buna uyğun qərarlar qəbul etməlidirlər. Gələcəkdə hansısa partiyaya keçməyimin mümkün olub-olmadığına gəldikdə, təbii ki, heç nə istisna olunmur. Gələcəkdə yaranan siyasi vəziyyətdən asılı olaraq hansısa partiyaya üzv olmaq istiqamətində addımın atılması da mümkündür. Bu istiqamətdə cəlbedici təklif də ola bilər. Azərbaycanda sanballı siyasətçilər hər gün yetişmir. Bu gün ola bilsin ki, partiyalarda o cür adamlara ehtiyac olmasın, ancaq sabah onların ehtiyac hiss etməsi mümkündür. Bu gün isə  hələlik siyasi ekspert kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Strateji Araşdırmalar Mərkəzinin rəhbəri kimi davam etmək fikrimiz var. Başqa planlarımız da var ki, inşallah, onu da elan edərik". 
Qulamhüseyn Əlibəyli: Siyasi dialoq prosesinin davam etdirilməsi müsbət  haldır
Qulamhüseyn Əlibəyli: “Əslində siyasi həyatdan tam uzaqlaşmayacağam”
Fəaliyyətini dayandıran Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli isə bildirdi ki, ənənəvi olaraq ali məktəbdə müəllim işləyib, bu fəaliyyəti partiyanın sədri olduğu dövrdə də davam edib, bundan sonra da müəllimlik işini davam etdirəcək: “Aydınlar Partiyasının fəaliyyətinə xitam vermişik, müəllimlik fəaliyyətimə isə xitam verməmişəm. Bu fəaliyyətimi davam etdirirəm. Başqa hansısa siyasi partiyaya üzv olmaq və ya yeni hansısa siyasi təşkilat yaratmaq fikrim yoxdur. Bəzi yoldaşlar təklif etdilər ki, qeyri-hökumət təşkilatı yaradım. Lakin belə bir fikrim yoxdur. Mediada isə ayrı-ayrı siyasi məsələlərə, siyasi proseslərə münasibət bildirməkdə davam edəcəyəm. Təbii ki, jurnalistlər suallar ünvanlayanda. Bu mənada əslində siyasi həyatdan tam uzaqlaşmayacağam”.
Fuad Əliyev: Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur?
Fuad Əliyev: “Fəaliyyətimizi genişləndirəcəyik”
Fəaliyyətinə xitam vermiş Azərbaycan Liberal Demokrat Partiyasının keçmiş sədri Fuad Əliyev isə bildirdi ki, ixtisasca hüquqşünasdır və peşəsinə uyğun fəaliyyətə artıq başlayıb: “Bir neçə həmkarımızla  həmkarlar birliyini bu yaxınlarda təsis etmişik. Həmkarlar birliyi artıq fəaliyyətə başlayıb. Məqsəd vətəndaşlarımızın sosial hüquqlarını müdafiə etmək,  problemlərinin həllində  hüquqi köməkliklər göstərmək, ictimailəşdirmək və yanlarında durmaqdır. Fəaliyyətimizi genişləndirəcəyik”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir