Vidadi Kərimov: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil".

13:26 25.01.2023 596
 Vidadi Kərimov: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil".

2023-cü ilin ilk ayının son günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı. Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.

Hər bir xalqın, ölkənin inkişafında, dünya dövlətləri arasında tanınmasında siyasi liderlərin, tarixi şəxsiyyətlərin rolu danılmaz və əvəzsizdir. Zaman keçdikcə həmin şəxsiyyətlərin, liderlərin öz xalqı və Vətəni üçün etdikləri, dövlətçiliyinin inkişafında misilsiz xidmətləri yaddaşlarda silinməz izlər qoyur. Məsələn, son 19 ildə ölkəmizin hərtərəfli inkişafı, mühüm nailiyyətləri və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Qısa zaman kəsiyində ölkəmizin Cənubi Qafqazda güclü dövlətə, söz sahibinə çevrilməsi, dünyada böyük hörmət, nüfuz qazanması möhtərəm Prezidentimizin uzaqgörən, prinsipial və müdrik siyasətinin bariz nümunəsidir. Çünki dövlət başçısı hər zaman doğma xalqın maraqlarını, Vətənin mənafeyini üstün tutaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə daim sadiq qaldığını konkret əməli fəaliyyəti ilə təsdiqləyir. Xalq sevimli liderinə həmişə arxalanır və ona güclü dayaq olur.

Azərbaycan ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi qətiyyətli lideri, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, beynəlxalq aləmdə böyük nüfuza malik övladı var. Yaşadığımız gərgin siyasi kataklizmlərin, ikili standartların tüğyan etdiyi dövrdə qüdrətli dövlət yaratmaq və inkişaf etdirmək cənab İlham Əliyev dühasının, yorulmaz fəaliyyətinin nəticəsidir. Belə ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatı artıb, beynəlxalq arenada mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olub.Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev bütün fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqdir və müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Həyata keçirdiyi siyasətin əsas prioritetləri - insan amili, xalqın rifahı və milli maraqlarıdır. Amalı müstəqil Azərbaycana, milli dövlətçiliyimizə və xalqa sədaqətlə xidmət etməkdir. Buna görə də, dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Hər zaman vədinə əməl edən liderin fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi hökm sürür.Eyni zamanda, Azərbaycanda iqtisadiyyat yüksələn xətlə inkişaf edir, ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Ona görə ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – devizini əsas götürən Prezident İlham Əliyev iqtisadiyyat sahəsində aparılan islahatların təşəbbüskarı və müəllifidir. Heç şübhəsiz, 2003-2022-ci illər ərzində qazanılan mühüm nailiyyətlər göz qabağındadır. Bu dövr çağdaş tariximizə yüksəliş, tərəqqi dövrü kimi daxil olub. Ümumi daxili məhsul, büdcə gəlirləri, ölkənin valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artıb. Maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Əhalinin nominal gəlirləri, minimum əməkhaqqı, əhalinin banklardakı əmanəti yüksəlib. İşsizliyin, yoxsulluğun səviyyəsi aşağı düşüb.

Qeyd edilən dövrdə insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində texnoparklar, aqroparklar, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif təyinatlı müəssisələr tikilərək istifadəyə verilib.Ən nəhayət, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoydu. Əzəli ata-baba torpaqlarımız yağı düşməndən təmizləndi, Qarabağa həyat yenidən qayıtdı. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda böyük quruculuq, tikinti işləri gedir. Beləliklə, bu gün hər birimiz qazandığımız bütün qələbələrin, Zəfərlərimizin müəllifi müdrik Prezidentimizlə fəxr edir, onunla qürur duyuruq. Qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan daha uğurlu və firavan gəlcəcəyə doğru sürətlə irəliləyir.

Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev müraciətində bu hədəfi də böyük əminliklə qeyd etdi ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Cənab İlham Əliyev bu əminliyini də ifadə etdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.

“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik.

Vidadi Kərimov,
Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinin müdiri.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir