Azərbaycanın növbəti diplomatik qələbəsi

11:54 8.10.2022 414
Azərbaycanın növbəti diplomatik qələbəsi



Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur. Belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Ermənistan tərəfindən öz öhdəliyin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır.
Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil. İlk növbədə, enerji sahəsində. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi