Əli Hüseynov: “2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə Azərbaycanın mədəniyyət paytaxtında aparılan quruculuq işləri daha geniş vüsət alacaq”

11:52 10.01.2022 3 844
Əli Hüseynov: “2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə Azərbaycanın mədəniyyət paytaxtında aparılan quruculuq işləri daha geniş vüsət alacaq”



Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olundu. Heç şübhəsiz bu hadisə istər siyasi-ideoloji, istərsə də mədəni-mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Buna görə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid əsgər və zabitləri 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə həm də bizim mənəviyyatımızı, milli qürurumuzu özümüzə qaytardılar. Şuşa təkcə Azərbaycana deyil, həm də bütün dünya mədəniyyətinə böyük ədiblərimizin, maarifçilərimizin, incəsənət xadimlərimizin timsalında misilsiz töhfələr vermişdir.

Bunu mətbuata verdiyi açıqlamasında Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov deyib.

Erməni qəsbkarları uzun illər Şuşanı bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Çünki Şuşa şəhərinin ruhu belə bir saxtakarlığı qəbul edə bilməzdi.
“Məlumdur ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1992-ci il mayın 8-də Şuşa şəhəri Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olundu. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin möhtərəm Prezidentimizin də öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. O cümlədən Şuşanın işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Çünki onların xislətinə qurub-yaratmaq deyil, dağıtmaq, talamaq və viran qoymaq bacarıqları xasdır. Həm də bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Bu gün isə bu torpaqların əsl sahibləri həmin ərazilərdə yollar çəkir, binalar tikir, qurur, yaradır, möhyəşəm layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün işlər görür. Tezliklə bütün dünya Şuşamızın yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər”.

Prezident İlham Əliyevin Azərbaycanın tarixi Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşa şəhərinə etdiyi müntəzəm səfərlər bu ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsinin, eləcə də tarixi-mədəni irsin bərpası və qorunması məsələlərinin dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.

“Ölkə Prezidenti cənab İlham Əliyev ötən il ərzində təkcə Şuşa şəhərinə 7 dəfə səfər edib. Bu əlbəttə ki, həm Şuşada, həm də işğaldan azad edilmiş digər ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Dövlətimizin başçısı öz çıxışlarından birində demişdir: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq.” Həqiqətən də ən qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, dahi şairimiz Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. Bütün bunlar açıq-aydın göstərir ki, Şuşa sürətlə dirçəlir və inamla özünün dolğun mədəni həyatına qayıdır. Heç şübhəsiz 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bütün bu proseslər daha böyük dinamika əldə edəcək. Əminliklə demək olar ki, bu il Azərbaycanın mədəniyyət paytaxtında aparılan quruculuq işləri daha geniş vüsət alacaq, burada bir çox mədəni tədbirlər keçiriləcək”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir