Rusiya Dağlıq Qarabağ münaqişəsində bütün tərəflərin qəbul edə biləcəyi həll yolunun axtarışlarını davam etdirəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla birgə brifinq zamanı deyib.
S.Lavrov E.Nalbandyanla görüşü zamanı Qafqaz regionunda və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyəti müzakirə edib.