Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib

23:36 21.02.2024 561
AGCƏBƏDİ. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyirik” adlı tədbir keçirilib.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə çiçək dəstələri düzülüb.

Ağcabədi Bayraq muzeyində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları, Ağcabədi pedaqoji kollecinin tələbələri, rayonunun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdən əvvəl foyedə narkotik və narkotik vasitələrdən istifadə nəticəsində insan həyatında yaranan fəsadları əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Çıxış edən rayon rəhbəri R.Hüseynov  narkomaniyanın ümumbəşəri problem olmasından, yeniyetmə və gənclərin narkotik vasitə və digər zərərli vərdişlərdən qorunması, eləcə də gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsindən söz açıb. Bildirilib ki, cəmiyyət, hər bir ailə, hər bir fərd özü  bu bəla ilə mübarizə aparmalıdır və davamlı olaraq bu sahədə maarifləndirici görüşlər, tədbirlər keçirilir.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin rəisi, polkovnik leytenant Qabil Rzayev çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən, gənclər arasında vətənpərvərlik hisslərinin təbliğindən, onların həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanması sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, ölkəmizdə gənclərin fiziki, əqli və mənəvi inkişafına hər tərəfli şərait yaradılır. Qabil Rzayev həmçinin narkomaniya, onun təhlükə mənbəyinə çevrilməsi və qurbanlarının sayının gündən-günə artması barədə də ətarflı şəkildə məlumat verib.

Daha sonra Ağcabədi Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Elmir Dəmirçiyev,  Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev,Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin Çağırışa qədərki hazırlıq idarəsinin rəisi, polkovnik leytenant Füzuli İsmayılov çıxış ediblər. Çıxışlar zamanı bu mövzuda silsilə tədbirlərin keçirilməsinin vacibliyindən,narkomaniyanın insan genofonduna vurduğu zərərlərdən, narkotik vasitələrdən istifadənin insanı cinayətə sövq etməsindən və cinayət məsuliyyətindən söz açılıb.  

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:18

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

18:34

VİCDAN SUSANDA - Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevin haqqında yayılan məlumat şər və böhtandır - MÖVQE

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO