2016-cı ildə Azərbaycanda bank hesablarından qeyri-qanuni olaraq 100 milyon manatdan çox vəsait çıxarılıb.
azerinform.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov "Şəffaflığa doğru birlikdə" mövzusunda konfransda bildirib.
Nazir qeyd edib ki, həmin vəsait Vergilər Nazirliyinin müdaxiləsindən sonra hesablara qaytarılıb.