“Vergi sahəsində problemlərin olmaması üçün uçot sistemini doğru qurmaq lazımdır”.
E-gazet-org Fins.az-a istinadən xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bu gün keçirilən vergi konfransında sahibkarlara səslənib.
Bildirib ki, vergi ödəmələrində problemlərin olmaması üçün sahibkarlar uçot işlərini qanunauyğun formada qurmalıdırlar:
“Belə olarsa, vergi sistemində də problemlər yaranmayacaq”.
Nazir sahibkarlar üçün vergi portnyorluğu sisteminə önəm verdiklərini də vurğulayıb.