Qubadakı “SHİSHA” çay evində (Lounge) insanları bura gəlb edən gözə çarpan təqdirəlayiq xoşagəlimli əsas amillər hansılardır?
Respublikamızın dilbər guşələrindən biri olan Quba rayonuna işgüzar şəfərimiz zamanı əhali ilə yaxından görüşüb, rayondakı vəziyyət barəsində tanış olmağı qarşımıza məqsəd qoymuşduq. Bir çox şəxslərlə görüşüb bəzi məsələlər barəsinda müxtəlif məzmunda söhbətlər etdik. Sonra biz Qubada mədəni istirahət etmək məqsədi ilə hansı məkanı secmək lazımdır, deyə görüşdüyümüz şəxslərə müraciət edəndə onların yekdil cavabı belə oldu:
-Bizim Quba rayonunda mədəni istirahət etmək üçün ən layiqli istirahət etməli yer əlbətdə ki, “Shisha” çay evidir.
...Soraqlaşıb “SHİSHA” çay evini tapdıq. İcəri kecib əyləşdik. Tez sərpayı bizim stola yaxınlaşdı.
-Xöş gəlmisiniz - dedi.
-Bizə bir pürrəngi cay. -sifariş etdik.
-Baş üstə, dedi nəzakətlə uzaqlaşdı və az cəkmədi ki, əlində məcməyi geri qayıtdı, səliqə ilə stəkanları və cayniki stola düzdü, özü süzüb, bizə nuş olsun, dedi.

Bizə xidmət edən sərpayıya mətbuat nümayəndələri olduğumuzu söylədik və ona işinizdən razısınızmı? – deyə sual verdik.
Sərpayının bizə verdiyi cavab maraqlı oldu:
-İşimdən razı olmasam, heç burda çalışardımmı?
-Yəni, hec çətinlik olmur?
- Əlbətdə, bizim işimiz həm çətin, həm məsuliyyətlidir. Bizim vəzifəmiz ona görə çətindir ki, daim diqqətli olmağı tələb edir. Həm də bura gələn müştərilərin arzu etdikləri kimi onlara xidmət göstərmək lazımdır ki. onlar bizim xidmətimizdən məmnum olsunlar. Masaların təmizliyinə daim diqqət yetirmək lazımdır. Eyni zamanda da ortalığa gələn təamların təmizliyinə və diqqətəlayiq olmasına daim diqqət yetirmək lazımdır. insanlara xidmət göstərmək, onların rəğbətini qazanmaq isə mənim üçün çox şərəfli bir peşədir.
Sonra çay evinin aparıcı direktoru və arendatoru Ülvi Osmanlı hörmətlə bizim masamıza təşrif buyurdu. `Onunla səmimi söhbətimiz oldu.
-Mən işimdən çox razıyam. Indi müasir Avropa standartlarına uyğun olan bir ticarət obyekti yaratmaq üçün gərəgdir ki, ilk növbədə sahibkarlığa görə vöen açıb. Sonra isə işçilərlə əmək müqaviləsi bağlayıb. Onların da adına vöen açılıb. Burada ilk növbədə lazım olan əşyaların hər birinə diqqət yetirmək lazımdır. Qeyd edim ki, iaşə obyektində ilk nəzərə çarpan amillərdən biri iaşə müəssisəsinin mətbəxidir. Mətbəxt daim təmiz və səliqəli olmalıdır, həm də mətbəxə kənar şəxslərin daxil olmasına heç cür icazə verilməməlidir. Mətbəxt standartlara uygun olmalıdır. Eyni zamanda da çay evinin barı ilkin gözə çarpan amillərdən biridir. Bar müştərinin xüsusi diqqətini cəlb etməlidir. Çay evinin barı nə qədər zəngin olarsa, müştəri bu çay evinin xidmətindən bir o qədər razı qalar. Buna görə də sahibkar öz ticarət obyektinə hansısa xərci çəkməkdən çəkinməməlidir. Cünki. bar müştəri tərəfindən daim gözə çarpan və müştərinin diqqət yetirdiyi xüsusi bir yerdir.
Biz bu obyekdə müştərilərin istəklərini nəzərə alaraq, onları qəlyan və çay ilə təmin edirik. Müştərilər bu obyekti ən çox təmizliyinə, masaya gətirdiyimiz təamların keyfiyyətinə, qiymətlərin ucuz olmasına və onlara göstərilən xüsusi xidmətə görə qiymətləndirir və öz yaxınları ilə birlikdə buraya gəlməyi, mədəni istirahət etməyi sevirlər. Qeyd edim ki, bizim Quba rayonunda hər cür restoranlar vardır. Ancaq onların mətbətləri bizim mətbəxtimiz kimi geniş deyildir. Bizim mətbəxtimizdə Avropa ölkələrinin mətbəxt nümunələrindən də istifadə olunur ki, bu da müştərilərin cox xoşuna gəlir. Bizim müştərilərimizin əksəriyyəti Avropa ölkələrinin mətbəxtlərində hazırlanan təamları çox sevirlər. Biz əgər ticarət obyektindən qazanc əldə etmək istəyiriksə, burada müştərilərin diqqətini cəlb edən amillərdən biri də həmin obyektin dizaynının gözəgəlimli olmasıdır. Obyektin dizaynı heç vaxt müştərinin gözlərini yormamalıdır. Obyektin dizaynı daim müştəriyə xoş gəlməli və bu obyektdə əyləşməkdən, istirahət etməkdən xüsusilə zövq almalıdır. Sahibkar müştərinin mütəmadi olaraq bu obyektə gəlməsi üçün onların xoşlarına gələn hər hansı bir elementi axtarıb tapmalıdır.
Müştərilərin arzu etdikləri təamların hazırlanması üçün istənilər hər hansı alət və əşyaları mətbəxtində hazır etməlidir ki, aşbaz hansısa təamı hazırlayarkən çətinlik çəkməsin. Bir sözlə desək müştəri obyektdə möz istədiyi kimi rahatlığı tapmalıdır ki, mütəmadi olaraq özünün mədəni istirahət etməsi üçün məhz buranı seçmiş olsun. Biz bütün bunlarla yanaşı burada müştərilərin bəzi filmləri izləməsi və hansısa futbol yarışlarını izləmələri üçün şərait yaratmışıq. Bunun üçün biz obyektimizdə geniş kino ekranı da yerləşdirmişik. Biz rayonda olsaq da, lakin ölkə paytaxtında da bir çox kafe, restoran və barlarda da bizim hazırladığımız təamları hazırlamırlar. Düzdür biz Bakıda bəzi ticarət obyektlərində bu cür təamlar hazırlanır. Lakin biz buna görə də şəhərdə bu cür müxtəlif ticarət obyektlərində olur və onların mətbəxtlərinin hazırladıqları təamlardan daha çox və geniş mətbəxə nail olmağımız üçün əlimizdən gələni əsirgəmirik.
Baloglan MİRZƏLİ,
Azerinform.az-ın xüsusi müxbiri.
Quba rayonu.