Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xəyyam Hüseyn oğlu Hüseynovun ad günü rayonun Məlikkənd kəndində şəhidin məzarı önündə qeyd olundu.
Azerinform.az xeber verir ki, mərasimdə rayon İcra Hakimiyyətinin başçısınin müavini Zivər Zeynalova RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak edirdilər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Xəyyam Hüseynovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmışlar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xatırladaq ki, şəhid Xəyyam Hüseyn oğlu Hüseynov 11 iyul 1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.