Baş redaktorun atası həbs edildi

12:12 8.03.2017 1 096
Baş redaktorun atası həbs edildi
Jurnalist Ramin Məhəmmədoğlu:"Tənqidi fikir daşıyıcılarının yaxın qohumlarının qanunsuz həbs olunması ölkəmizin demokratik imicinə xələl gətirən rəzalətdir"

Ağcabədi rayon Məhkəməsi dünən Sonolay.org informasiya agentliyinin baş redaktoru Ramin Qurbanovun atası Məhəmməd Qurbanovu CM-nin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli sayaraq onun üç il müddətinə həbsinə qərar verib. Bu barədə məlumat verən jurnalist məhkəmə hökmünün qanunsuz olduğunu deyib: "Zərərçəkmiş kimi tanınan Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev məhkəmədə Məhəmməd Qurbanovun ondan hədə-qorxu ilə heç nə tələb etmədiyini bildirib. Nəbiyev deyib ki, Məhəmməd Qurbanovun hədə-qorxu ilə rüşvət tələb etdiyini Ağcabədi rayon Təhsil Şöbəsinin vəzifədən qovulmuş müdiri Mehdi Əhmədovdan eşitmişdir".
Ramin Məhəmmədoğlu xatırladıb ki, 2016-cı ilin mart – aprel aylarında 10 saylı Regional Maliyyə İdarəsi tərəfindən Ağcabədi rayon məktəblərində aparılan yoxlamalar zamanı Ağcabədi məktəblərində ciddi şəkildə maliyyə mənimsəmələri faktı aşkar edilmişdir: "Lakin təftiş komissiyası hər vəchlə üzləşdiyi korrupsiya hüquqpozmalarını ört-basdır etməyə çalışmışdır. “Sonolay.org” saytı həmin korrupsiya hüquqpozmalarını media müstəvisinə çıxarmaqla ictimailəşdirdikdən sonra baş prokurorluq Ağcabədi məktəblərində aparılan maliyyə yoxlamalarını nəzarətə götürərək nəticədə 897 min manat dövlət vəsaitinin mənimsənilməsi faktını üzə çıxarmış, cinayət işi açmışdır. Əlbəttə, Mehdi Əhmədov özü dövlətə zərər vurduğundan, onun zərərçəkmiş qismində tanınması gülünc olardı. Ona görə də maliyyə cinayətinin ört-basdır edilməsinə mane olmuş KİV rəhbərindən qisas almaq sifarişini yerinə yetirən məhkəmə Ədalət Nəbiyevi zərərçəkmiş qismində tanımağı məqsədəuyğun saymışdır".
R. Məhəmmədoğlu bildirib ki, məhkəmə qərarının qanunsuzluğunu sübuta yetirmək və ixtiyar yaşlı atasının həbsdən qurtulması üçün sonadək mübarizə aparacaq: "Tənqidi fikir daşıyıcılarının yaxın qohumlarının qanunsuz həbs olunması ölkəmizin demokratik imicinə xələl gətirən rəzalətdir".

Sonolay.org,
Roma Turançı
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir