Balakəndə asayisin qorumasi etibarli əllərdədir - FOTO

17:18 2.04.2023 806
Balakəndə asayisin qorumasi etibarli əllərdədir - FOTO

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Balakən rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Cingiz müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Balakəndə asayisin qorumasi etibarli əllərdədir - FOTO

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Balakən rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

Balakən rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanovun fəaliyyətində ən ali məqam Ali baş komandana və cənab nazirə sədaqət, xalqa hörmət və ehtiramdır.

Dövlətçiliyin möhkəmləndirilməsi, ölkə əhalisinin təhlükəsizliyinin və ictimai asayişin təmin olunması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütərəqqi addımlar atılır, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Bu gün qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Asayişimiz çox gözəl qorunur. Təbiidir ki, asayişin qorunmasında Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun rolu peşəkar polis rəhbəri kimi hamımız tərəfindən təqdir edilir və alqışlanır.

Qeyd edək ki, Balakən rayonunda asayişin təmin edilməsində, cinayətkarlıqla mübarizədə polis son illər əzmlə çalışır. Sözsüz ki, bu uğurların təmin olunmasında peşəkar polis polkovniki, fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Çingiz Aslanovun əməyi misilsizdir. O, rayona polis rəisi təyin olunduqdan sonra ilk olaraq bir çox açılmamış cinayət işlərinin isti izlərlə acılması peşəkar rəis kimi onu əhalinin sevimlisinə çevrdi. Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə də ciddi uğurlara əl ataraq hamının rəğbətini qazandı. Onun məqsədyönlü fəaliyyəti nəticəsində rayonda oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Cingiz müəllimin peşəkar polis rəisi kimi gecə-gündüz çalışması hesabına baş vermişdir.

Balakəndə asayisin qorumasi etibarli əllərdədir - FOTO

Cingiz müəllim əsl polis işçilərinə məxsus sərt intizama, dəmir iradəyə malik olmaqla yanaşı, həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir rəisdir. Bu rayonda istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq, yerlədə vətəndaşları dinləyən Cingiz müəllim ona ünvanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonda qanunun aliliyinin qorunmasında, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. Məktəblərdə Cingiz müəllimin birbaşa təşəbbüsü və iştirakı ilə müntəzəm olaraq maarifləndirici görüşlər, tədbirlər keçirilir. Narkomaniyanın fəsadları, erkən nigahların mənfi tendensiyaları, dini radikalizmin qlobal bir bəla olduğu şagirdlərə aşılanır.

Cingiz müəllim vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi veteranlarının da əzizinə cevilib. Şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşan polis polkovniki Çingiz Aslanov ölkə rəhbərliyinin və daxili işlər nazirinin etimadını hərtərəfli doğruldur.

Balakəndə asayisin qorumasi etibarli əllərdədir - FOTO

Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolunu tutan ölkəmizin sükanı etibarlı əllərdədir. O cümlədən asayişin qorunması Balakəndə ən yüksək səviyyədədir. Səxsi heyət uzrə rəis muavini polis polmovnik leytnantı Elcin Musayev, əməliyyat üzrə müavin, polis polkovnik leytnanti Gunduz Məcidov, xidmet üzrə muavin Elxan Zamanov gecəli-gündüzlü iş başındadırlar. Bəli, təhlükəsiz şəraitdə yaşamagımız üçün ilk növbədə asayiş keşikçiləri olan polisin rolu danılmazdır. Asayişin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında misilsiz xidmətlərinə görə başda Nazirimiz Vilayət müəllimə və onun sadiq, inanılmış, peşəkar kadrı olan Balakən rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanova uğurlar arzulayırıq.

Baloglan Mirzəli,
Şair-publisist.
Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO