Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ2107” markalı avtomobilin toqquşması nəticəsində kənd sakini, 1954-cü il təvəllüdlü Şəmsəddin Qurbanov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Nafə Abbasova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.