"Rasim Balayevin Azərbaycana çağırışı alqış kimi səslənirdi" - Cəlal Qurbanov

08:10 20.08.2023 1 409
“Fire Land Production”ın rəhbəri, AYB üzvü, nəğməkar-şair Cəlal Qurbanov Xalq şairi Rasim Balayevlə bağlı maraqlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Cəlal Qurbanov sözləri özünə məxsus şeiri Rasim Balayevin ifasında paylaşıb.
Nəğməkar şair qeyd edib: "Qələbəmizdən düz 1 il öncə bu mahnını layihə şəklində ərsəyə gətirəndə möhtəşəm Zəfər tariximizin yazılacağından xəbərsiz idik. Sənət adamları söylədikləri sətirlərə qəlblərindəki arzunu da əlavə edərək oxuyurdular. Xalq artisti Rasim Balayev isə Vətən mövzusunda təşkil edilən hər tədbirə sağlamlıq vəziyyətindən aslı olmadan ürəkdən qatılırdı.
Onun Azərbaycana çağırışı alqış kimi səslənirdi. Və eyni sözləri Şuşa qalasının qarşısından söyləyə bilməyin qürurunu gözlərindəki işıqda hiss etdirirdi. Rasim Balayev kino sahəsində qazanılmış bir dəyərdir. O, təkcə canlı korifey deyil, həm də böyük ürəyi olan vətənpərvərdir. Yalnız Vətənini həqiqi sevən insan ölkəsinin uğurlarına kölgə salmaz, xilaskarına qəhrəman kimi qibtə edər, tənqidin və problemləri dilə gətirməyin yerini və zamanını bilər. Bəli, o cənab Prezidentə xalq sevgisini dilə gətirəndə həqiqətləri bütün səmimiyyəti ilə ifadə etməyə çalışırdı. Xalqının Babəkdən, Cavanşirdən sonra əfsanəvi deyil, yeni, gerçək və tarixi qəhrəmanının olduğuna vurğu edirdi. Heç bir qərəzli mövqe tarixin gerçəklərini silə bilməz. Üstəlik baş verənlərin gizlədilməsinin mümkün olmadığı müasir texnologiya dövründə...".
O vurğulayıb ki, vətənsevər insan öz qəhrəmanını yaxşı tanıyır: "Ali Baş Komandan müasir tariximizə Zəfər möhürünü vurmuş fenomenal siyasətçi və sərkərdədir. Rasim Balayev onun sənətinin dəyərini bilən tarixi şəxsiyyətə sadəcə xalqının ürəyindən gələn həqiqətləri bildirdi.
Qalib və qələbə, sənət və onun dühası göz qabağındadır. Bu görüş qəlbimizə məlhəm kimi yayılan, Babəklə yeni tariximizin qəhrəmanının görüşü idi.
Allah hər ikisini Azərbaycana çox görməsin!
Nə olursa olsun, heç kimin, heç bir qüvvənin içimizdəki Vətən sevgisi və dövlətimizə olan etimadımıza, birliyimizə kölgə salmağa gücü yetməz!"

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO