2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 mln. 138,2 min manat məbləğində vəsait ödənilib.
Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub.
Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.