"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı”

13:14 7.04.2020 817
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı”


Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq "Nar" abunəçilərinin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib. Bu xidmət sayəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər.

Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də duplikat və nömrə bərpası əməliyyatları üçün “Səyyar Nar”a müraciət edə bilərlər. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ və mobil operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.

Xatırladaq ki, abunəçilər tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə yerinə yetirə bilərlər.

"Nar" hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

23:10

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova KİMDİR...

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO