“Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərinin sayı iki dəfə artıb”

23:26 29.11.2019 911
“Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərinin sayı iki dəfə artıb”


Ölkənin ən gənc mobil operatoru “Nar”, müştərilərini yüksək sürətli və keyfiyyətli internetlə təmin etmək məqsədilə baza stansiyalarının sayını artırmağa davam edir. Belə ki, şəbəkəni əhali üçün daha əlçatan etmək məqsədilə il ərzində 1050-dən artıq 4G, 210-dan artıq isə 3G baza stansiyası qurulub.

Bununla da hazırda “Nar”ın LTE və LTE-A texnologiyalı baza stansiyalarının sayı 2750-ni, 3G baza stansiyalarının sayı isə 2815-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan davamlı şəbəkə təkmilləşdirmə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa, 54 region “Nar”ın sürətli 4G şəbəkəsi ilə əhatə olunub.

Bütün ölkə ərazisində quraşdırılan yeni LTE texnologiyalı baza stansiyaları regionlarda 4G internet istifadəçilərinin sayının artmasına da səbəb olub. Belə ki, son 1 il ərzində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 100%-dən çox artıb. Hazırda “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən yararlanan aktiv abunəçilərin sayı 900 mini ötüb.
“Nar” ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G şəbəkəsinin coğrafi əhatə dairəsini 347%, ölkə əhalisinin əhatə dairəsini isə 120% artırmağa nail olub. Bununla da hazırda mobil operatorun 4G şəbəkəsi ölkə ərazisinin 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 92%-ni əhatə edir. “Nar” hazırda 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO