Bakcell mobil operatoru KİV nümayəndələri üçün növbəti seminar keçirib.
Qalaaltıda keçirilən seminarda təlimçi qismində iştirak edən “Bakcell”in aparıcı ekspertləri “Mobil rabitənin əsasları”, “Telekom sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar”, “Mobil şəbəkənin inkişafı”, “Tədbirlər və şəbəkənin hazırlığı”, “Müştəri xidmətləri texnologiyaları”, “Müştərilərlə əlaqələrin idarə edilməsi”, “Loyallıq Proqramları” və “Əşyaların İnterneti” kimi mövzuları əhatə edib KİV nümayəndələrinə müasir mobil telekommunikasiya sənayesi və Bakcell şirkətinin təqdim etdiyi texnologiya və xidmətlər barədə ətraflı məlumat veriblər.
“Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara 30-a yaxın jurnalist qatılıb.
Ardıcıl olaraq altı ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.