LTE texnologiyalı yeni baza stansiyaları quraşdırmaqla ölkənin ən geniş 4G şəbəkəsinə malik "Nar"-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Nar"-ın 4G xidmətindən yararlananların sayı 96% artaraq 740 minə çatıb. Bununla da, mobil operatorun hər üç abunəçisindən biri aktiv 4G internetindən istifadə edir.
"Nar"-ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Nar"-ın smartfon istifadəçilərinin sayı 17% çoxalıb.
"Nar" 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 53 bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. Hazırda "Nar"-ın 4G şəbəksi ölkə əhalisinin 78%-dən çoxunu əhatə edir. Yaxın vaxtlarda isə bu göstəricinin 97%-ə çatdırılması planlaşdırılır.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.